Araşdırmaçılar qadınlara nə məsləhət verir?
Qadınların gündəlik geyiminin əsas hissəsi olan büzqalterlərin sağlamlığa göstərdiyi mənfi təsirlər araşdırılıb. Aparılan araşdırmalarda büzqalter və xərçəng arasında əlaqənin olduğu irəli sürülüb.
Belə ki, 4 min qadın üzərində aparılan araşdırmada büzqalter taxmağın sağlamlığa təsirləri ilə bağlı diqqətçəkən məqamlar üzə çıxıb. Əldə edilən nəticəyə görə, büzqalter limfatik axına təsir edərək xərçəngin meydana gəlməsinə səbəb olur.
Araşdırma zamanı bütün günü büzqalter taxan hər 4 qadından birində, yarım gün büzqalter taxan 7 qadından isə birində xərçəng riski aşkar edilib.
Qeyd edək ki, limfa sistemi xərçəngin yaranmasına təsir göstərir. Limfatik axının təmin edilməməsi və tıxanmanın yaranması zamanı süd vəzlərində toksinlərin yığılma ehtimalını artırır. Nəticədə döşlərdə şiş yaranması müşahidə edilə bilər.
Bundan başqa, büzqalterdən istifadə süd vəzləri əzələlərinin də zəifləməsinə səbəb olur. Odur ki, büzqalterin sağlamlığıma göstərdiyi mənfi təsirlərini azaltmaq üçün ondan çox az istifadə etmək lazımdır.
Firuzə Alimova / TurpKimi.com