Qadınların gözəl görünmək üçün geyindiyi bu alt geyimlər - TƏHLÜKƏLİDİR


Satışda ən çox ziyanlı külotlar yer alır...

qadinlarin-gozel-gorunmek-ucun-geyindiyi-bu-alt-geyimler
19.08.2024 23:55 2 dəq oxuma

Qadın alt paltarları, bir qayda olaraq, çox cəlbedici görünür - hətta böyük ölçülərdə tül və ya krujeva modelləri tapmaq çətin deyil. Bununla belə, hər bir material sağlamlıq üçün təhlükəsiz deyil.

TurpKimi.com qadınlara düzgün külot seçmək üçün vacib məlumatları paylaşır: 

Polyester külot geyinmək mümkündürmü?

Ginekoloqlar arasında belə bir fikir var ki, digər sintetik materiallardan hazırlanmış alt paltarları kimi, poliamiddən hazırlanmış qısa tumanlar da zərərlidir. Poliamid sintetik parçadır, ondan təkcə qadın alt paltarları deyil, həm də çantalar, oyuncaqlar və hətta ayaqqabılar hazırlanır. Belə bir parçanın üstünlüyü onun davamlılığıdır. Belə ki, poliamid külotlar təkrar yuyulmağa davamlıdır, lakin "nəfəs ala" və ya ümumiyyətlə nəmi çəkə bilmir. Bu isə istixana effektinə gətirib çıxarır və bakteriyaların çoxalmasına səbəb olur.

Polyester alt paltarları da təhlükəlidir, çünki bu material havanın keçməsinə imkan vermir və nəmi özünə çəkmir. Yüngül və parlaqdır, yaxşı yuyulur, lakin qadınlar üçün bir çox problemlərə gətirib çıxarır. Həmçinin, həkimlər hansı materialdan hazırlanmasından asılı olmayaraq, strinq tuman güyinməri məsləhət görmürlər. Bu cür tuman modelləri cinsiyyət orqanını tam örtmür və onun ip formasında olan arxa hissəsi anus və vajina arasında sürüşərək mikrobları bir yerdən digər yerə aparır.

Bəs alt geyimləri hansı materialdan hazırlanmalıdır?

Hansı alt paltarının faydalı olduğuna gəlincə, həkimlər yalnız bir  materialın – pambığın uğurlu olduğuna inanırlar. Yalnız pambıq material möhtəşəm termorequlyasiya xüsusiyyətlərinə malikdir və düzgün ölçülü  külot seçsəniz heç bir problem yaranmaz. Əgər alt paltarı üçün hansı materialın daha yaxşı olduğunu bildiyiniz halda 100% pambıq tapa bilmirsinizsə, hibrid modeli, yəni istehsalında  pambıqla yanaşı müxtəlif materiallardan istifadə edilən birini almaq olar. Tez-tez satışda pambıq və elastan birləşməsini tapa bilərsiniz, bu zaman pambıq tərkibinin ən azı 85% olduğundan əmin olun.

Əgər külotlar daha yüksək sintetik tərkibə malikdirsə, onda onları bir neçə saat geyinməklə pis nəticə verməz.  Belə ki, onları geyinin və 1-2 saatdan sonra çıxarın. Tuman seçərkən ölçüyə də diqqət yetirməyi unutmayın. Nə çox boş, nə də sıxını seçməyin. Unutmayın ki, parçanın  altında qalan bədən nəfəs almalıdır. Yalnız bu qaydalara riayət etməklə özünüzü yalnız gözəl deyil, həm də təhlükəsiz alt paltarları ilə təmin edə biləcəksiniz.

Mənbə: UNİAN

Firuzə Alimova / TURPKİMİ.COM