Sizin çantanız hansı formadadır?
Rusiyalı psixoloq, hipnoterapevt və NLP məşqçisi Olqa Adrianova qadının xarakteri ilə çantasının ölçüsü arasında əlaqəni açıqlayıb.
Mütəxəssis bildirib ki, problemlər yarandıqca onları həll etməyə üstünlük verən, rahat xasiyyətli xanımlar kiçik çantaları seçirlər. “Bundan əlavə, belə aksesuarın sahibləri, bir qayda olaraq, balanslıdırlar və başqalarına güvənməyə öyrəncəlidirlər” – deyə Adrianova qeyd edib.
Psixoloqun şərhinə görə, kiçik çanta xoşbəxt olmaq üçün çox zəruri olan sakitlik və təhlükəsizlik hisslərini ifadə edir.
“Öz növbəsində, böyük çantaların sahibləri, bütün detalları nəzərdən keçirmək və baş verənləri kontrol etmək istəyindədirlər” – deyə o əlavə edib.
Mənbə: "5-tv.ru" / Oxu.az