Qadınlarla kişilər arasındakı 20 FƏRQ - Hansı cins daha üstündür?


Bu iki cins daim bir-birindən şikayətlənir.

qadinlarla-kisiler-arasindaki-20-ferq
20.07.2019 00:50 3 dəq oxuma

Cinslər arasındakı fərq hər zaman diqqət mərkəzində olub. Bu səbəbdən hər iki tərəf daim bir-birini müzakirə edərək “sən elə, mənsə beləyəm” – deyib, mübahisə edir. Qadın dünyasının kişilərdən fərqli olduğu bir çox insana məlumdur və qəbul edilmişdir. Hətta qadın beyninin və ürəyinin kişilərinkindən fərqli olduğu da elmi yollarla sübut olunmuşdur.

TurpKimi.com elmi yollarla sübut olunmuş və həyati təcrübələrdə öz təsdiqini tapmış qadın-kişi arasındakı fərqli məqamları təqdim edir:

1 – Kişilər qadınlardan daha çox fiziki güc tətbiq edirlər. Buna səbəb onlardakı testosteron hormonu ilə əlaqədardır. Qadınlar isə sözlərlə hücum edir və dalaşırlar.

2 – AİDS xəstələrinin 75 faizi kişi, 25 faizi qadındır. Qadınların bu xəstəliyə daha az tutulmasının səbəbi onlarda bu xəstəliyi daşıyan X xromosomundan 2 ədəd olmasıdır. Belə ki bir xromosom xəstəlik tutsa, digəri ona üstün gəlir.

3 – Qadınlar yüksək səslə danışmağı və səsli fikirləşməyi sevir, kişilərdə hər ikisi daxildə səssiz yaşanır. Ona görə də qadınlar kişiləri duyğusuz, düşüncəsiz varlıqlar kimi dəyərləndirir. Kişilər də qadınları “beyinlərini yeyən baş bəlaları” olaraq görür.

4 – Kişilərin bədən qoxusu qadınların bədən qoxusundan daha güclüdür.

5 – İdmana gəldikdə kişilər qadınlardan daha sürətlidir, lakin qadınlar daha dayanıqlıdırlar.

6 – Kişilərdə 4,5, qadınlarda isə 3,6 litr qan var. Kişilərin qanı daha tünddür və bir damcısında 1 milyon qan hüceyrəsi olur. Bu isə qadınlarla müqayisədə 20 faiz çox deməkdir. Ona görə də kişilərin təzyiqi qadınlarınkından yüksək olur: 140/88. Qadınlarda isə 130/80-dir.

7 – Qadınların dərilərinin altında yağ təbəqəsi olduğu üçün daha yaxşı üzərlər.

8 – Kişilərin bədənlərinin temperaturu daha yüksəkdir. Kişilərin bədənlərinin 60-70 faizi, qadınların isə 50-60 faizi sudur.

9 – Qadınların eşitmə və qoxu bilmə hissləri daha güclüdür. Kişilər isə işığa qarşı həssasdır və gözləri bütün xırdalıqları daha yaxşı seçər.

10 – Kişilər ömürləri boyu qadınlardan 40 gün daha az xəstələnirlər.

11 – Kişilərin 1,8 kv.metr, qadınların 1,6 kv.metr dəriləri var. Qadının dərisi daha incə və quru olduğu üçün həssasdır. Kişilərdə tər və dərialtı piy vəzləri daha çox olduğundan dəriləri yağlı olur və çox tərləyirlər.

12 – Kişilər qadınlardan çox yeyərlər, çünki mütabolizmaları daha sürətli işləyir.

13 – Kişilərin ürəyi daha böyükdür və yavaş döyünür: 1 dəqiqədə 72 dəfə. Qadınlarda isə 80-dir.

14 – Kişilər qadınlardan daha sürətlə yaşlanırlar. 55 yaşlı bir qadın bədəninin 90 faizi güclüdür. Həmin yaşda olan kişinin bədən gücü 70 faiz olur. 35 yaşında olan bir kişinin damar sistemi 50 yaşındakı qadının damarlarına bərabərdir. Sadəcə qadında dəri daha incə olduğu üçün tez yaşlanıb qırışır. Bundan başqa, qadınlar yaşlanmanı psixoloji olaraq kişilərdən daha asan qəbul edirlər.

15 – Kişilərin qadınlardan ən çox şikayət etdikləri şey qadınların onları dəyişdirməyə çalışmasıdır. Qadınların kişilərlə əlaqəli ən çox şikayətləndiyi şey kişilərin onları dinləməməsidir.

16 – Kişi yorulduğu üçün, qadına maraqlı gəldiyi üçün evlənir. Nəticədə hər ikisi xəyal qırıqlığına məruz qalır.

17 – Evli kişilər subaylardan daha çox yaşayırlar, ancaq evli olan kişilər ölümü daha çox arzulayarlar.

18 – Qadınlar ünsiyyət qurarkən gündə 20 min, kişilər isə 7 min söz, mimika və jestlərdən istifadə edərlər.

19 – Kişilər heç də düşünüldüyü kimi dözümlü deyillər, sübutu təbiətdədir. Belə ki hamiləlik zamanı düşüklərin ən çoxu oğlan uşaqlarında yaşanır. Ona görə də dünyada kişi və qadınlar arasındakı balansda fərq var: qadınlar çoxluq, kişilər azlıq təşkil edir. Hətta 65 yaşına çatmış kişilərin sadəcə 40 faizi həyatda qala bilir.

20 – Aparılan araşdırmalar sübut edir ki, ailə büdcəsinin 68 faizi qadınlar tərəfindən idarə edilir.

Firuzə Alimova / TurpKimi.com