Qan qrupu xarakterinizdən xəbər verir - Bilirdiniz?


Yaponların insanların qan qrupu ilə bağlı seçimləri...

qan-qrupu-xarakterinizden-xeber-verir
31.07.2022 17:19 1 dəq oxuma

Əgər Azərbaycanda insanlara "Hansı bürcdənsən?" soruşulursa, Yaponiyada adamların xarakterini müəyyənləşdirmək üçün fərqli sual verirlər: "Hansı qan qrupundansınız?"

Yaponlar düşünürlər ki, qan qrupu insanın xarakterini, fərdi xüsusiyyətlərini daha çox müəyyən edir, nəinki çox uzaqlarda yerləşən ulduzlar. Bu ölkədə insanları işə götürərkən qan qrupuna əhəmiyyət verirlər. Marketinq mütəxəssisləri hədəf kütləni müəyyənləşdirmək üçün alıcıların qan qrupuna nəzər salırlar. Yaponlar hətta həyat yoldaşı seçərkən belə qan qrupuna böyük əhəmiyyət verirlər.

Bəs müxtəlif qan qrupları insanlara hansı xarakteri ötürür?

- Yaponlar hesab edirlər ki, birinci qan qrupuna malik insanlar daha çox ambisiyalı, liderliyə can atan və nikbin insanlardır. Bu insanlar həmçinin olduqca eqoist də ola bilirlər.

- Damarlarında ikinci qrupa aid olan qanı daşıyanlar isə səliqə-səhmana, sistemliliyə meyllidirlər. Onlar olduqca səbrli insanlardır. İkinci qan qrupunun daşıyıcıları tərs və müəmmalı insanlardır.

- Üçüncü qan qrupunun sahibləri isə yaradıcı insanlardır. Onlar ictimai rəyə əhəmiyyət vermirlər. Öz azadlıqlarını və könül rahatlıqlarını hər şeydən üstün tuturlar. Həddən artıq emosionaldırlar.

- Dördüncü qan qrupunu damarlarında daşıyanlar isə təşkilatçı və diplomatdırlar. Bəzi hallarda ideyalar uğrunda canlarından da keçə bilirlər. Ancaq çox vaxt qərar qəbul etməkdə çətinlik çəkirlər.

e-saglam.az / TurpKimi.com