Qan təzyiqini tarazlayan, arıqlamağa kömək edən möcüzəvi meyvə - Əsl fəslidir - Faydaları


Həm yaş, həm də qurusu ilə diyetlərdən əskik etmədiyimiz əncirin faydalarından yazacayıq. 

qan-tezyiqini-tarazlayan-ariqlamaga-komek-eden-mocuzevi-meyve
15.09.2022 11:32 2 dəq oxuma

TurpKimi.com xəbər verir ki, lif baxımından zəngin olan və qəbizlik problemi ilə üzləşənlərin imtina edilməz dərmanı olan əncir ehtiva etdiyi kalsium və K vitamini ilə sümükləri gücləndirir.   

Əncir Allahın insanlara bəxş etdiyi möcüzəvi qidalardan biridir. 

Budağından qopardığınızda südü üstündə qalan əncirin faydaları çoxdur.

Qan təzyiqini tarazlayır: Kalium baxımından zəngin olan əncir və yaşıl yarpaqlı tərəvəzləri istehlak etmək yüksək təzyiqdən yaranan ürək və damar xəstəlikləri riskini azaldar.

Həzm sisteminizi nizamlayır: Liflə zəngin bir meyvə olduğu üçün qəbizlik problemlərində mütəxəssislər tərəfindən də tövsiyə edilməkdədir. Xüsusilə quru əncir bağırsaqların daha aktiv işləməsini təmin edər.

Arıqlamağa kömək edir: Əncir uzun müddət insanı tox tutur. Lifi çox olan qidalar həzmi yavaşladır, qan şəkərində yaranan dalğalanmaya mane olur.  Əncir xüsusilə diyet proqramları üçün möhtəşəm bir meyvədir. Aclığı azaldaraq kilo vermə müddətinə kömək edir. 

Dəmir qaynağıdır: Gündəlik 1 dənə istehlak edilən əncir bədənin dəmir ehtiyacının 1 faizini qarşılayır. Dəmir əskikliyi varsa, əncir bəslənmə proqramına daxil edilməlidir. 

Döş xərçəngi riskini azaldar: Aparılan araşdırmalara görə, əncir ehtiva etdiyi qida lifi sayəsində, xüsusilə menopoz dövründən sonra döş xərçənginə tutulma ehtimalını azaldır.  Nizamlı əncir istehlak edənlərdə istehlak etməyənlərə nisbətdə döş xərçənginə tutulma ehtimalı 34 faiz azdır. 

Ağız yaralarını müalicə edər: 3 dənə  təzə əncirin yarpağı ağızda əzilərsə,  ağız içində yaranan yaralara qarşı faydalı olar. Ağız qoxusuna qarşı da yaxşı təsir edir. 

Xolesterolu aşağı salır: Əncirdə olan suda parçalana bilən lif həzm sistemindəki xolesterolu təmizləyərək bədəndən ixrac olunmasını sürətləndirir. 

Antioksidantdır: Əncir qurusu antioksidant baxımından olduqca zəngindir. Meyvələrdə olan antioksidant göz sağlamlığı üçün önəmlidir. Yaşla bağlı inkişaf edən göz qüsurlarında quru əncirin xeyiri əvəzedilməzdir. 

Cinsi zəifliyə kömək edir: Keçmişdən bu günümüzə qədər əncir bir çox cinsi problemlərdə müalicə məqsədi ilə istifadə edilir.  Əncir ümumiyyətlə qadınlarda yumurtalıqların fəaliyyətini   artırır. Ana olmaq istəyən qadınlar əncirdən çox istifadə etməlidirlər. Kişilərdə isə cinsi istəyi artırır.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 10-08-2020