Qanı sürətlə artıran zəngin dəmir tərkibli - 10 QİDA


Dəmir əksikliyinin qarşısını almaq üçün vacib məqamlar...

qani-suretle-artiran-zengin-demir-terkibli
12.03.2022 14:25 3 dəq oxuma

Qan azlığının əsas səbəbi dəmir əksikliyidir. Ona görə də qanın dəmirə olan ehtiyacını artıran qidalara əhəmiyyət vermək lazımdır.

Anemiya qanın yaranmasında mühüm rol oynayan dəmir mineralı, B9 və B12 vitaminlərinin əksikliyindən meydana gəlir. Qırmızı qan hüceyrəsini artırmaq üçün dəmir, B12 vitamini və fol turşusu ilə zəngin qidalar qəbul edilməlidir.

TurpKimi.com qanı sürətlə artıran 10 qidanı təqdim edir:

1 – BƏHMƏZ

Dəmir, kalsium, fosfor və kaliumla zəngin olan qidalandırıcı enerji mənbəyidir. 20 qram bəhməzdə 2mq dəmir var.

2 – TAHİN

Küncüt toxumlarından əldə edilən tahin dəmir, kalsium, maqnezium, fosfor, mis və selenium tərkibi ilə bədənin müqavimətini artırır. Tərkibindəki yağ ürəyin sağlamlığına müsbət təsir göstərən doymamış yağ turşularından ibarətdir. Gündə 1-2 çay qaşığı tahin+bəhməz qarışımı qəbul edilərsə, gündəlik dəmirə olan ehtiyac ödənmiş olur.

3 – BALQABAQ TUMU

100 qram balqabaq tumunda 9mq dəmir var. Eyni zamanda B, E vitaminləri, kalium, maqnezium və sinklə zəngindir. Tumunu salatların içində, qatığa qataraq, həmçinin quru meyvələrin yanında yeyə bilərsiniz. Enerji dəyəri yüksək olduğu üçün gündə 1 ovuc (10 qram) yemək kifayət edir.

4 – QURU MEYVƏLƏR

Quru meyvələr anemiyaya qarşı ən güclü vasitədir. Yüksək antioksidant tərkibi ilə immun sistemini gücləndirən quru meyvələr miqdarında yeyilməlidir – 1 xörək qaşığı quru üzüm, 3-4 ədəd qaysı qurusu, 1 ədəd quru əncir, 2 bütöv qoz və ya 6 ədəd fındıq. Bu ölçü ilə qanda şəkərin miqdarını tarazlayaraq, gündəlik dəmirə olan ehtiyacınızı ödəyə bilərsiniz. Qeyd edilir ki, digər quru meyvələrlə müqayisədə dəmir tumlu quru üzümün tərkibində daha yüksək olur.

5 – QIRMIZI ƏT

Qırmızı ətin 100 qramında 2,7 mq dəmir var. Bu da gündəlik dəmirə olan ehtiyacın 15 faizini qarşılayır.

6 – YUMURTA

Ana südündən sonra ən keyfiyyətli protein olaraq qiymətləndirilən yumurtanın tərkibi dəmirlə zəngindir. Anemiyanın qarşısını alır, immun sistemini gücləndirərək xəstəliklərə qarşı qoruyur. Gündə bir ədəd yumurta yeməyi unutmayın. Yumurtanı C vitamini ilə zəngin olan turşəng, cəfəri və tərə ilə birlikdə birişib yedikdə dəmirin miqdarı artır.

7 – PAXLALILAR

Mərcimək, noxud, quru lobya, qara gözlü lobya kimi quru paxlalılar yüksək dəmir tərkiblidir. Hamiləlik dövründə və süd əmizdirən analar protein və dəmirin artırılması üçün istifadə edə bilər. Quru paxlalıların yanında bol limon sıxılmış  salat yeməklə dəmirin sorulmasını artırmaq mümkündür. Lakin yaxşı bişirilməmiş paxlalılar dəmirin sorulmasına pis təsir edir.

8 – QARACİYƏR

Dəmirin ən əsas qaynağı olan qaraciyər qan artıran xüsusiyyəti ilə öndədir.

9 – AĞ ƏT

Qırmızı ət yeməyənlər ağ ətlə (toyuq, balıq) dəmirə olan ehtiyaclarını qarşılaya bilərlər. Ağ əti dərisi olmadan yağsız və suda bişirməklə daha sağlam qəbul edə bilərsiniz. Bunun yanında bəhməz və limonla dadlandırılmış, içinə balqabaq tumu qoyulan salatla günorta yeməyinizi dəmirlə zənginləşdirin.

10 – İSPANAQ

Qış aylarında dəmirlə zəngin olan tərəvəzlərdəndir. İspanağı bişirərkən tərkibindəki vitamin və mineralların məhv olmaması üçün çox bişirməyin.

Dəmir əksikliyinin qarşısını almaq üçün VACİB OLANLAR:

1 – İspanaqla qatığı eyni anda yeməyin. İspanağı yumurta və ya ətlə qızardıb yemək daha faydalıdır.

2 – Paxlalı və dənli bitkiləri birlikdə yeyərkən yanında salat da qəbul etmək dəmirin sorulmasına kömək edir.

3 – Səhər yeməyində 1-2 çay qaşığı pəhməz qəbul etmək dəmir çatışmazlığına yaxşı təsir edir. Xüsusilə də keçibuynuzu bəhməzi yüksək dəmir tərkiblidir.

4 – Çayı və qəhvəni yeməkdən yarım saat əvvəl və ya sonra içmək lazımdır. Xüsusilə də qara çayda olan fitat və taninlər dəmirin sorulmasına mane olur. Yeməkdən sonra çay içiləcəksə ya açıq şəkildə, ya da limon sıxılaraq içilməlidir.

Yazılıb: 26.02.2022-ci ildə

Firuzə Alimova / TurpKimi.com