Qanımızı təmizləyən dalağı necə təmizləməli? - Dalaq niyə təzələnməlidir?


Dalaq təmizləmə ideyası ənənəvi Çin tibbinə aiddir. Bunu etmək üçün müxtəlif dərman bitkiləri var.

qanimizi-temizleyen-dalagi-nece-temizlemeli
05.10.2022 21:49 2 dəq oxuma

Bəzi şəfalı bitkilər qanı oksidləşdirərək orqanların və toxumaların  təmizlənməsinə kömək edə bilər, digər istiqamətdən isə dalağınızın enerji qazanmasına səbəb olar.

Dalağı təmizləyən təbii bitkilər

Pərpətöyün

Yüngül turş dadı ilə mətbəxinizdəki şəfa mənbəyidir. Bir çox vitamin və mineral ehtiva edir. Orqanizmi və qanı təmizləyir, mədə yanmasına yaxşı təsir göstərir.

Tərkibində olan  omeqa 3 yağ turşuları sayəsində beyinin inkişafı və qanın təmizlənməsində mühüm rol oynayır.Pərpətöyün alarkən yaşıl yarpaqlı olmasına və toxumlarının çıxmamasına, yəni körpə olmasına fikir verin. Yaxşı yuyulmalı və bıçaq dəymədən yeyilməlidir. Təbii şəraitdə və təmiz torpaqda yetişən pərpətöyün daha yararlıdır.

Buğda cücərtisi (səməni) fotosintez üçün bitkilərin istifadə etdiyi yaşıl piqment olan xlorofil baxımından  zəngindir. Xlorofilin tərkibi qandır və qida ilə birlikdə yeyildikdə hemoqlobin və qırmızı qan hüceyrələrinin istehsalını stimullaşdırır.

Qırmızı qan hüceyrələri oksigenlə zəngindir  və toxumaların yüksək oksigenlə təmin edilməsini və maddələr mübadiləsini stimullaşdırır. Yüksək oksigenləşmə xərçəng və patogenlərin ən sevimli mühiti olan aşağı oksigen mühitinin qarşısını alaraq xəstəliklərin sağalmasında əsas rol oynayır.Sağlam qırmızı qan hüceyrələri dalağın iş yükünü azaldır və əlavə oksigen və qoruyucu təsir göstərir.

Buğda rüşeymi  B-12 vitamini və dəmir ehtiva edir.

Yonca tanış olduğumuz bitkidir, zəngin xlorofil qaynağıdır. Dəmir qana qırmızı rəng verir və hemoqlobin istehsalı üçün tələb olunur. Dəmir çatışmazlığı anemiya ilə nəticələnir.

Yonca həm də C, B-12 və fol turşusu kimi zəngin minerallarla zəngindir. Qırmızı qan hüceyrələrinin sağlam olmaması qanda laxtalanmanın artmasına və damar tıxanıqlığına, damar sərtliyinə, dalaqda tıxanmaya səbəb olur.  

Quzuqulağı kimi tanınan bu bitki  ən güclü antioksidant bitkilərdən biridir. Çoxlu miqdarda C və E vitamini, antrakinon, beta-karoten və digər karotenoidləri ehtiva edir. Antioksidantların funksiyası qandan səbəst radikalları atmaq və toksinləri ixrac etməkdir.

Quzuqulağı həm də  xlorofil və sitrik, oksalik və tanik turşuları kimi bir çox antibakterial maddələrdən ibarətdir.

Digər Qan Təmizləyici Bitkilər

Digər bitkilər arasında qan təmizləyicisi, antioksidant, iltihab əleyhinə və antimikrob xüsusiyyətləri ilə qırmızı yonca və iri atpıtrağı kökü sayılır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

26-11-2020