Qanın ev şəraitində təmizləməsi - Bu təbii üsullardan xəbəriniz yoxdu


Vasitələr çox olduğu üçün davamı gələn yazıda...

qanin-ev-seraitinde-temizlemesi
05.12.2021 08:28 3 dəq oxuma

Sağlamlıq, gözəllik və yaxşı əhval-ruhiyyə qanın keyfiyyətindən asılıdır. Sağlamlığı qorumaq üçün təkcə orqanizmin, qara ciyərin, həzm sisteminin, bağırsaqların deyil, həm də qanın vaxtaşırı təmizlənməsi lazımdır.

TurpKimi.com qeyd edir ki, ev şəraitində qanın təmizlənməsi heç də həkimlərin, dərman və xüsusi cihazlların köməyindən az təsirli deyil. Xalq təbabətində qanın təmizlənməsi zamanı bütün qaydalara, əks göstərişlərə əməl olunarsa, effekti əlverişli və təhlükəsizdir.

Xalq reseptləri və vacib nüanslar:

Təmizləmə prosesinə hazırlıq

Əsas prosedurdan əvvəl dərinin və dermisin təmizlənməsinə ehtiyac var. Bədənin bu cür hazırlanması çox vacibdir, çünki ev şəraitində qanın təmizlənməsinin effektivliyinə təsir göstərəcək. Bu mərhələdə bizə lazım olanlar:

- 1 litr su

- 1,5 kq şam ağacının yaşıl qozaları

Prosedur üçün qozaları təyin edilmiş suda yaxşıca qaynatmaq lazımdır. Daha sonra həmin su ilıq hamam suyuna əlavə edilir. Yarım saat həmin suda vanna qəbul edin. Bu hazırlıq prosesi sizə nə verəcək? Bu prosedur yağ toxumasında nəmliyin dövr etməsinə səbəb olur, dərin qatlardakı dermisi təmizləyir.

MUMYA

Bir çox dərman mumya kimi güclü təsirə malik deyil. Bu təbii qida əlavəsi bir çox xəstəliklərə kömək edir, arıqladır, qanın allergenlərdən təmizlənməsi daxil olmaqla sızanaq və səpgilərin təmizlənməsinə kömək edir. Qandan allergiyanın düzgün şəkildə təmizlənməsi üçün:

- 6 qram mumya

- 500 ml su

Effektli dərman hazırlamaq üçün mumyanı suda yaxşıca həll etmək lazımdır. Daha sonra əldə edilmiş məhluldan 1 xörək qaşığı səhər yeməyindən 40 dəqiqə əvvəl və axşam yeməyindən 40 dəqiqə əvvəl qəbul edilir. Qanın allergenlərdən təmizlənməsi üçün bu proses 25 gün davam etməlidir.

TOZAĞACI QATRANI (Huş qatranı)

Sədəf xəstəliyinin, eqzema və digər dermatoloji xəstəlliklərin müalicəsində faydalıdır. Allergiya ilə mübarizə aparanlar üçün çox mükəmməl qan təmizləyici vasitədir. Allergen və toksinləri qandan təmizləyir. Xüsusilə də ateroskleroz üçün effektivdir. Bu tərkib xalq təbabəti ilə xolesterolun gözəl şəkildə atılmasına kömək edir, təsirli və təhlükəsizdir. Bunun üçün:

- 50 ml süd

- 10 damcı tozağacı qatranı

Südü ilıq edib, içinə lazım olan miqdarda qatran tökülür. Qarışımı sutkada bir dəfə, lakin hər dəfə eyni vaxtda içmək lazımdır. Müalicə kursu 45 gün davam etməlidir. Bu təbii vasitə allergiyanı aradan qaldırmağa, dermotoloji xəsətəliklərə, ateroskleroza, qurdların və bütün iltihabi proseslərin bədəndən atılmasına kömək edir.

ALMA SİRKƏSİ

Özünüzü pis hiss edirsiniz, sızanaq və allergiyanız var? Alma sirkəsindən istifadə etməklə qanı təmizləməyə dəyər. Çünki bu ən gözəl seçimdir. Bunun üçün lazımdır:

- 250 ml alma sirkəsi

- Lavanda çiçəkləri

Bir ovuc lavanda çiçəyini 14 gün alma sirkəsində saxlayın. Bunun üçün şüşə qab götürün. Daha sonra məhlulu süzün və ilıq vannaya tökün. Saatın 4-də  biri qədər vanna qəbul edin. Proses qan təmizlənənə kimi davam etdirilməlidir.

YODLA

Yodla qanın təmizlənməsi güclü vasitədir. Bunun üçün 5 damcı yod  1 xörək qaşığı bal və alma sirkəsi ilə qarışdırılır. Əldə etdiyiniz qarışımı 1 stəkan suya əlavə edin. Gün ərzində 2 stəkan içməlisiniz. Bu üsul orqanizminizin daha sağlam və qanın daha təmiz olmasına kömək edəcək. Lakin qarışımın qəbul edilməsi ilə yemək yemə arasında 6 saat fasilə olmalıdır.

ARDI VAR...

Mənbə: rd2mgn74.ru

Firuzə Alimova / TurpKimi.com

Dərc olunub: 05-06-2021