Qara bibərin İKİ ƏSAS faydası


Tərkibində piperin və manqan var...

qara-biberin-iki-esas-faydasi
31.03.2024 13:50 1 dəq oxuma

“Qara bibər xərçənglə mübarizə aparmağa kömək edir və qan şəkərini azaldır”.

TurpKimi.com xəbər verir ki, bu haqda “Sağlam yaşa” verilişinin efirində Yelena Malışeva danışıb. O izah edib ki, proseslər məhsulun tərkibində piperin və manqan kimi maddələrin olması səbəbindən baş verir.

İmmunoloq Andrey Prodeus Honq-Konq Universitetinin 2019-cu ildə dərc olunmuş araşdırmasına istinad edib. O qeyd edib ki, alimlərin araşdırmasına görə, piperin sağlam hüceyrələrə təsir etmədən xərçəng hüceyrələri ilə xüsusi mübarizə aparır. Bu, döş, ağciyər və yoğun bağırsaq xərçənginə aiddir.

"Qara bibərdə manqan var. Bu element hüceyrənin şəkərə qarşı müqavimətini azaldır və müvafiq olaraq qanda onun miqdarını azaldır", - deyə oftalmoloq Mixail Konovalov əlavə edib. O xatırladıb ki, şəkərli diabet qan damarlarını zədələyir və diabetik retinal degenerasiyaya gətirib çıxarır ki, bu da korluğa səbəb ola və ya görmə keyfiyyətini xeyli aşağı sala bilər. 

Firuzə Alimova / TURPKİMİ.COM