Qara ciyərin yağlanmaması üçün bu gündən bunları edin!


Gündəlik qidalanmanızda sadalananlar arasında hansı yanlışlarınız var?

qara-ciyerin-yaglanmamasi-ucun-bu-gunden-bunlari-edin
17.01.2022 20:58 2 dəq oxuma

Göbək ətrafında piylənmənin artması qara ciyər və mədəaltı vəzin yağlanmasının göstəricisidir. Qara ciyərində yağlanma olan bir insanda şəkər metabolizması pozulur, insulin rezidensi yaranır. Qara ciyər yağlanması piylənməyə, 2-ci tip diabet, infarkt, iflic, xərçəng və digər xroniki xəstəliklərə aparır. Bu bir xəstəlik deyil, səhv qidalanma və həyat tərzinizdəki yanlışlardan qaynaqlanan keçici narahatlıqdır.

TurpKimi.com qara ciyərin yağlanmasının qarşısını olan 10 məsləhəti sizinlə bölüşür:

1 – Şirin meyvələrdən uzaq durun, gündə 250 qramı keçməyin.

2 – Hər növ şəkər və süni dadlandırıcıların əlavə edildiyi qida və içkiləri mətbəxinizə soxmayın.

3 – Hazır qidaları ağzınıza belə almayın.

4 – Spirtli içkinin azacığı belə ziyandır. Su, ayran, mineral su için. Çay və kofe içərkən həddi aşmayın və şirniyyatsız içməyə çalışın.

5 – Bacardığınız qədər hərəkətli olun, uzun müddət oturmuş vəziyyətdə qalmayın.

6 – Masadan paltarınız sizi sıxana kimi durmağa çalışmayın. Yəni nə gəldi basıb yeməyin.

7 – Gündə 2 dəfə qidalanmaya vərdiş edin, arada ağıza nəsə atıb yeməyi tərgidin. Həftənin bir neçə günü 14 saatdan çox ac qalmağa çalışın.

8 – Mayalı (qatıq, turşu, sirkə kimi), lifli qidalar və paxla (lobya, noxud, mərcimək, yaşıl noxud) süfrənizdən əskik olmamalıdır.

9 – Mətbəxin əsas yağı kənd kərə yağı və zeytun yağıdır. Bitki yağlarını mətbəxinizdən uzaqlaşdırın.

10 – Mümkün olduğu qədər restoranlardan uzaq durun. Hər zaman evdə yemək bişirin, qazan yeməkləri yeyin.

Prof.Dr.Ahmet Rasim Küçükusta: “Bütün diet təlimatları, diet kitabları, dietoloq və qidalanma mütəxəssislərinin elmi məsləhətlərindən uzaq durun. Atalarınız kimi qidalanın, onların yeyib içdiklərini onlar kimi yeyib için, bir sözlə, düzgün qidalanın!”

Firuzə Alimova / TurpKimi.com

Dərc olunub: 16-07-2019