Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start verilib.
İlk oyun günündə iki matç keçirilib.
Açılış görüşündə autsayderlər zonasında qərarlaşan komandalar üz-üzə gəlib. “Şamaxı” eyniadlı şəhərdə ilk qələbəsini qazanmağa çalışsa da, “Səbail”in müqavimətini qıra bilməyib – 0:0.
Günə çempionatın lideri “Qarabağ”la “Sabah” arasında matçla yekun vurulub. İlk 45 dəqiqəsi qolsuz bitən görüşün taleyi fasilədən sonra həll olunub.
Kadi Borqes 47-ci dəqiqədə hesabı açsa da, Kristian da Silva bərabərlik qoluna imza atıb.
Bu bir xal Qurban Qurbanovun yetirmələrinə qızıl medalları təmin etmək imkanı verib.
Xal hesabını 59-a çatdıran ağdamlılar finişə üç tur qalmış izləyiciləri üçün əlçatmaz olub.