Qaraciyər yağlanmasının əsas əlamətləri 


Qaraciyər yağlanmasının bir çox səbəbi ola bilər, bunlar nizamsız qidalanma, çox yağlı məhsullardan, paketləşdirilmiş qidalardan çox  istifadə kimi faktorlar ola bilər. 

qaraciyer-yaglanmasinin-esas-elametleri
15.06.2022 21:14 2 dəq oxuma

Qaraciyər yağlanması qaraciyər hüceyrələrində normadan çox yağ yığılması nəticəsində yaranan  xəstəlikdir. Bu yağlanmanın dərəcəsi artdıqca qaraciyərdə iltihablanma yaranır və bu da orqanın funksiyasını yaxşı yerinə yetirə bilməməsinə səbəb olur. Qaraciyər yağlanması hər insanda fərqli formalarda büruzə verə bilər. 

TurpKimi.com qaraciyər yağlanması haqda bilməli olduğunuz vacib məlumatları təqdim edir:

Qaraciyər yağlanmasının əlamətləri 

Qaraciyər yağlanması erkən  mərhələdədirsə özünü hər hansı bir əlamətlə büruzə verməyə bilər. Adam gündəlik həyatına davam edə bilər və heç bir problemi olmaz. Lakin yağlanma artdıqca qarnın sağ üst küncündə təzyiq hiss etməyə başlayacaq. Qaraciyərin ətrafını örtən yağ təbəqəsi çoxaldıqca qabırğaların arasına girərək ağrı verməyə başlayacaq.  Qaraciyər yağlanmasının digər əlamətləri də bunlardır;

Ürək bulanma, qusma
Tez yorulma
İştahsızlıq
Enerji azalması,  halsızlıq
Sinə və qarın bölgəsində ağrı

Qaraciyər Yağlanmasının Səbəbləri

Qaraciyər yağ maddələr mübadiləsində əhəmiyyətli bir rolu olan orqandır. Hər hansı səbəbdən  fermentlər və iş nizamı pozulsa tarazlıq  itər və qaraciyər yağlanmağa və böyüməyə başlayar. Bunların dəyişməsinə səbəb olan bir çox faktor mövcuddur. Ən birinci qeyri-sağlam qidalanmadır.  Gündəlik həyatımızda yediyimiz atışdırmalıqlar və çox yağlı qidalar əslində o qədər dadlı deyil. Damağa dadlı gəlsə də, həyatınızın dadını qaçırdır.  Qaraciyər yağlanmasının bir başqa səbəbləri də bunlardır;

Hərəkətsiz və nizamsız həyat tərzi
Siqaretdən istifadə
Piylənmə,  kökəlmə
İnsulin dirənci, diabet xəstəliyi
Yüksək xolesterol

Vüsalə Əlövsətqızı, TurpKimi.com