Qaraciyəri 40 günə təmizləmək qaydası - Bu bitki sizi qaraciyər yağlanmasından xilas edəcək


Sağlam olmaq istəyiriksə, yediyimiz, içdiyimiz qidalara ciddi fikir verməli, zərərli yağlardan qaçınmalı, təbii qidalara üstünlük verməliyik. 

qaraciyeri-40-gune-temizlemek-qaydasi
28.04.2022 19:39 1 dəq oxuma

Yediyimiz paketləşdirilmiş qidalar orqanizmin əsas düşmənlərindən biridir. Orqanizmi həm qida, həm də hava çirklənməsindən təmizləmək lazımdır.

TurpKimi.com qaraciyəri 40 günə necə təmizləyəcəyimiz haqda əsas bilgiləri oxucuları ilə bölüşür. 

Təbiətin bəxş etdiyi möcüzələrdən biri də qaraciyərin dostu kimi tanınan ənginardır (artişok). Ənginarda olan  cynarin maddəsi qaraciyər, ağciyər, bronxlar və öd kisəsində yığılan nikotini bədəndən xaric edir. Tərkibində həm də natrium, xolesterol, kalium, karbohidrat, zülal, kalsium, D və A vitamini olan ənginarın faydalarını saymaqla bitməz. Xüsusilə nizamlı istifadə edildiyində qaraciyəri təmizləyir. 


Araşdırmalara görə,  qaraciyər piylənməsinin aktual olaraq tək müalicəsi qidalanma vərdişinin dəyişilməsi və meyvə- tərəvəzlə zəngin bəslənməkdir. 

Qaraciyər yağlanması müalicə edilməzsə iltihablanma və hətta serroza qədər gedib çıxa bilir. Bu da sizi orqan nəql edilməsi kimi bir problemlə üz-üzə qoya bilər. 

Ona görə də  qaraciyərin dostu ənginarı 40 gün müddətində  istər zeytun yağlı hazırlayın, istəsəniz də qaynadıb suyunu için.

40 gündən sonra qaraciyərdə iltihablanma aradan qalxar, qan göstəriciləriniz düzələr və orqanizm özünü daha təmiz hiss etmiş olar. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb: 12-04-2022