Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir? - Oftalmoloqlar


Hər gecə gözlərini bu şəkildə yoranlar az deyil...

qaranliqda-televizora-telefona-baxmaq-niye-tehlukelidir
22.04.2022 23:48 1 dəq oxuma

Nəyə görə qaranlıq şəraitdə televizor, telefonun mavi ekranına baxmaq orqanizm üçün zərərlidir?

TurpKimi.com bakupost.az-a istinadla xəbər verir ki, Omsk şəhəri oftalmoloqları işığı söndürülmüş otaqda televizora baxmağın gözlərə ziyanını açıqlayıb.

"İnsana elə gəlir ki, qaranlıqda ekrana baxmaq daha rahatdır, göz yorulmur. Lakin sizin beyniniz və gözləriniz belə düşünmür. Qaranlıqda televizora baxmaq gözləri yorur, ən pis halda gözdibi, daxili təzyiqi yüksəldir, bu da görmənin pisləşməsinə, hətta qlaukomaya kimi gətirib çıxarır", - deyə Kliniki oftalmoloji mərkəzin həkimləri bildirir.

Həkimlər kompüter, telefon və televizora qaranlıqda yox, ən azı yarımqaranlıq, torşer işığında baxmağı tövsiyə edir. Otaqda az da olsa işıq olmalıdır.

Planşet və televizora qaranlıqda baxmaq göz sinirlərini gərginləşdirir, belə vəziyyət uzun müddət olsa, baş ağrısı da yarana bilər.

Çünki gərgin göz siniri başa ağrı siqnalı ötürəcək.

TurpKimi.com