Qarderobunuza 1 stəkan düyü qoyun və gözləyin


Düyünü sadəcə olaraq yemək hazırlamaq üçün bir qida kimi istifadə edirik. Amma düyünün canında nələr varmış, biz bilmirmişik.

qarderobunuza-1-stekan-duyu-qoyun-ve-gozleyin
21.02.2021 23:09 2 dəq oxuma

Turpkimi.com düyüdən probleminizi həll edəcək bəzi ipucları təqdim edir.

Quru düyünün nəmi canına çəkmək xüsusiyyəti var. Telefonunuz suya düşərsə, dərhal onu quru düyü ilə dolu torbaya qoyun. 

Qarderobunuzdan nəm, kif iyi gələrsə balaca bir torbada düyü qoymaq kifayətdir. Bəzən paltarları qatlayıb şkafa yığarkən nəm olduğunun fərqində ola bilmirik. Ən yaxşısı qarderobda bir torbada düyü saxlayın.

Otaq ətiri

Düyüdən otaqdakı nəmi çəkmək,  eyni zamanda otaq ətiri kimi də  da istifadə edə bilərsiniz. Düyüyə bir neçə damla xoşladığınız çiçəyin yağını damladın və qarderobunuz çox xoş qoxu  verməyə başlayacaq. Bahalı otaq ətirləri, ya da qoxulu paketlər almağınıza heç bir ehtiyac yoxdur.  Bu işi asanlıqla özünüz həll edə bilərsiniz. 

Bunun üçün sizə 1 stəkan ağ düyü (çünki ağ düyü digər növlərindən fərqli olaraq daha  dözümlüdür), bir az sevdiyiniz çiçəyin yağı, içinə qoymaq üçün bir kasa, bir bez parçası və bir ip lazımdır.  Düyüyə 15-20 damla çiçək yağı damladın, qarışdırın və kasanı parça ilə sarıyın. İstifadə etmədiyiniz paltarın qolundan da kəsib sarıya bilərsiz. İplə bərk bağlayın. Bunu uşaqların və ev heyvanlarnın görüb götürə  bilməyəcəyi bir yerə qoyun. Bir neçə ay sonra qoxunu dəyişdirmək üçün düyünü də təzələyin. Beləcə həm otağınız, həm də qarderobunuz gözəl qoxar.

Düyünün köməyilə  suya düşən telefonunuzu quruluya bilərsiniz. Telefonunuzu tualetə, ya da vanna otağına salmısınızsa bu ipucu sizə kömək edəcək. Quru düyü telefondakı suyu canına çəkəcək.  Telefonunuzu ən azı 48 saat ya bir kasa,  ya da bir torba düyünün içində saxlamalısız.  Batareyanı və SIM kartını çıxartdıqdan tam əmin olun. Onları suyu yaxşı çəkən dəsmal  üzərində qurumağa qoyun.  Telefonunuzu qurutmaq üçün əsla fendən istifadə etməyin. İsti hava cihazınız üçün son dərəcə təhlükəlidir və nəmi yalnız digər hissələrə sıçrada bilərsiniz. Bu da telefonunuza daha çox zərər verər. 

Qaralmış bananları atmayın

Banan tez xarab olan və qaralan meyvədir. İnsanların çoxu qəhvəyi rəngə dönən bananları zibilə atır. 

Halbuki, buna heç ehtiyac yoxdur.  Bu ipucu ilə qəhvəyi rəngli bananı  sarı rənginə çevirə bilərsiniz. Bir soyuducu paketinin içinə bir az düyü qoyun və bananı paketə yerləşdirin. Paketin ağzını bağlayın və bananın düyü ilə tam örtülməsindən əmin olun. Bananı bir saata qədər paketdə buraxın. Bir saat sonra feni əlinizə alın.  Bananları düyü dolu paketdən çıxarın və fenlə qurulayın. Banan təkrar sarı rənginə dönəcək. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com