Düyüdən yemək bişirmək üçün istifadə edirik. Hətta mətbəx dolabımızda ən vacib qidalardan biridir. Amma düyüdən təkcə yeyinti məhsulu kimi istifadə etmirlər.
TurpKimi.com bir kasa düyünün müxtəlif sahələrdə istifadə qaydasından yazacaq.
Nəmi çəkmək üçün
Çox sevdiyiniz smartfonunuz və ya ağıllı telefonunuz suya düşübsə, dərhal düyü torbasına qoyun. Düyü süngər kimi nəmi 48 saat ərzində canına çəkəcək. Ancaq telefonun Sim kartını və batareyasını çıxartdığınızdan əmin olun.
1 balaca torba düyünü qarderobunuza da qoya bilərsiniz. Eviniz nəm olduğuna görə, qarderobunuzdan da nəm, kif iyi gələ bilər. Ya da paltarı tam qurutmadan rəfə yığmısınızsa nəm iyi verə bilər. Bunun ən sadə həlli şkafa kiçik torbada düyü qoymaqdır.
Otağı təravətli qoxuya bürüyün
Düyü otaqdakı nəmi əmdiyi üçün eyni zamanda otaq ətiri kimi də istifadə edilə bilər. Düyüyə bir neçə damla efir yağı əlavə edin, otağa və ya qarderobunuza qoyun. Ətrafa çox xoş iy yayılmağa başlayacaq! Bahalı otaq ətirləri, ya da qoxulu paketlər almağa heç ehtiyac yoxdur; bu işi asanlıqla özünüz həll edə bilərsiniz.
Hazırlanma qaydası:
Ehtiyacınız olan şeylər: bir stəkan düyü (ağ düyü ən yaxşısıdır), bir az efir yağı, içinə qoymaq üçün bir kasa, bir bez parçası və elastik bir bant. Düyünü kasada 15-20 damla qoxusunu xoşladığınız yağla qarışdırın. Hava keçirən parça götürün (köhnə paltarınızın qolu da ola bilər) və kasanı bununla örtün. Bezi kasaya elastik bir bantla bərkidin. Düyü kasasını uşağınızın və ya evcil heyvanınızın çata bilməyəcəyi şəkildə qarderobunuza yerləşdirin. Bir neçə ay sonra qoxuları dəyişdirmək lazımdır. Ağ düyünün qoxusunu bir neçə dəfə dəyişə bilərsiniz. Qəhvərəngli düyü isə bir dəfə istifadədən sonra yararsız olur.
Bananları saraldın
Banan tez xarab olan meyvədir. Tez bir zamanda qəhvərəngə çalan bananları zibilə atmayın. Düyünün köməyilə bananları əvvəlki sarı rənginə gətirə bilərsiniz.
Bir soyuducu paketinin içinə bir az düyü qoyun və bananı paketə yerləşdirin. Paketin ağzını bağlayın və bananın düyü ilə örtüldüyündən əmin olun. Bananı bir saata qədər paketdə saxlayın. Bir saat sonra fenlə bananlara hava vurun. Banan təkrar saralmağa başlayacaq.
Duz qabındakı duz nəmlənib?
Duz da nəmə qarşı həssas olan qidalardan biridir. Duzqabındakı duz deşiklərdən tökülmürsə, deməli nəmlənib. Bunun üçün duzqabının içinə bir az düyü tökün. Beləcə düyü nəmi özünə çəkəcək.
Vüsalə Əlövsətqızı, TurpKimi.com