Qarı təmiz görüb yeyənlərə xəbərdarlıq - Bunu əsla etməyin!


Ağ və parlaq qarın özündə gizlətdiyi "sirlər"...

qari-temiz-gorub-yeyenlere-xeberdarliq
07.11.2024 00:53 1 dəq oxuma

“Qar heç bir halda yeyilməməlidir, çünki təmiz görünsə belə, reagentlər, bakteriyalar və qumlar hesabına tərkibi təhlükəlidir”.

TURPKİMİ.COM xəbər verir ki, bu xəbərdarlığı Rusiyada ümumi biologiya və bioekologiya kafedrasının dosenti Roman Oparin  edib. “NEWS.ru” ilə söhbətində bioloq aydınlaşdırıb ki, qar və buzlaqlar ətrafdakı çirkləndiriciləri aktiv şəkildə udur.

“Qar və buzlaqlar ətrafdakı çirkləndiriciləri aktiv şəkildə udur. Qar atmosferdən keçərkən müxtəlif hissəcikləri, o cümlədən avtomobillərin işlənmiş qazları, sənaye emissiyaları və hətta radioaktiv tullantıları özünə çəkir. Bu mikroskopik çirkləndiricilər qarın və ondan əmələ gələn buzlaqların səthində məskunlaşır ki, bu da onları təhlükəli edir”, - deyə ekspert izah edib.

Onun sözlərinə görə, qarın təmizliyinə ətraf mühit təsir edir: külək çirklilik gətirir, reagentlərin hesabına yerə düşənə kimi kimyəvi maddələrlə toplanır. Bioloq qar yeməyin həzm pozğunluqlarına səbəb olduğunu, allergik reaksiyalarla nəticələndiyini vurğulayıb.  Oparin əlavə edib ki, buzlaqlar tikintidə istifadə olunan material və kimyəvi maddələrlə təmasda olur. Odur ki, onların tərkibində pas və toz var.

“İkinci mühüm amil qar və buzda bakteriya və mikrobların olma ehtimalıdır. Aşağı temperatur onların çoxalmasını ləngitsə də, bəzi mikroorqanizmlər ekstremal şəraitdə yaşaya bilir və bir dəfə insan orqanizminə daxil olduqdan sonra infeksiyalara və digər sağlamlıq problemlərinə səbəb olur”, - bioloq qeyd edib.

Firuzə Alimova / TURPKİMİ.COM