Qarın piylərindən azad edən 9 qida - Yaya hazırlaşın


Sadəcə qarın bölgəniz kökəlirsə, deməli bu qidalardan daha çox qəbul etməlisiniz. 

qarin-piylerinden-azad-eden-9-qida
31.05.2021 13:49 2 dəq oxuma

TurpKimi.com xəbər verir ki,  qarından piylənən insanlar bu 9 qidanı süfrələrindən əskik etməməlidir. 

 1. Paxlalılar-göbək yağlarının əsas düşmənidir. Yağ nisbətləri çox aşağıdır. Zülal, lif və kalium anbarı olduqları üçün insanı tox tutur və həzmi asanlaşdırır.

2. Orta hesabla bir insanın gündəlik kalori ehtiyacı 2000-dir. Bəzən daha çox kalori qəbul edirik. Bunlardan xilas olmaq üçün bibəriyə və yaşıl çay için.

 Gündə 2 stəkan bibəriyə çayı 100 kalori, yaşıl çay 150 kalori yandırır. 

3. Yumurtanın ağı protein baxımından zəngindir və qarnı tox tutur.  Eyni zamanda da sidik söktürücüdür. 

4. Zeytun yağının tərkibindəki omega yağ turşuları kalori yandırmağa kömək edir. Salatlara gündə bir yemək qaşığı zeytun yağı əlavə edərək  arıqlamağa kömək edə bilərsiniz. 

 5. Şirniyyat yemək istəyəndə şokoladdan əvvəl kişmiş, ya da üzümə üstünlük verməlisiniz.  Çünki ən sağlam qidalardan biridir. 

6. Göbək yağlarını əritməyin ən sadə yollarından biri də limon suyudur. Bir stəkan suya yarım limon suyu sıxmaq arıqlamağa kömək edir. 

 Bundan başqa idmanla məşğul olmaq kalorinizin 30 faizini yandırır.  Mədəsində problemi olanlar limondan istifadədə diqqətli olmalıdırlar. 

 7. Hamının bildiyi kimi qarpızın 90 faizdən çoxu sudur. Adamı  tox tutduğu üçün yay aylarında yalnız qarpızla göbək yağlarını əridə bilərsiz. 

Kalium baxımından zəngindir və həzmi asanlaşdıraraq arıqlamağa kömək edir. 

 8. Dadını çoxları sevməsə də kərəviz arıqlamaq üçün vacib olan qidalardan biridir. Bişirmək əvəzinə çiy şəkildə  salatlarda istifadə edilməsi daha faydalıdır.

 9. Ən sevilən meyvələrdən biri olan banan da arıqlamağa kömək edir.   Kalium və zülal baxımından zəngin olan banan insanı tox tutur.  

 20 dənə banan gündəlik kalori miqdarına yaxındır.  Təkcə banan diyetindən istifadə qəbizlik yarada bilər. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb: 13.05.2020