Qarın piylərini əridən QƏHVƏ RESEPTİ - İftarla sahur arasında içdikdə...


Dümdüz qarına sahib olmağın resepti...

qarin-piylerini-eriden-qehve-resepti
16.04.2022 02:23 1 dəq oxuma

Ramazan ayında oruc tutmaqla yanaşı, arıqlamaq istəyənlər az deyil. Bu prosesi sürətləndirmək üçün müxtəlif vasitələrdən istifadə edənlər var.

TurpKimi.com iftar süfrəsində yeməyi çox yesəniz belə, qarındakı piyləri əritməyə kömək edən kakao, darçın və qəhvə qarışımını təqdim edir:

Bu qarışım iftardan sonra şirniyyata olan istəyi həm təmin edir, həm də qarşısını alır. Həmçinin təkcə yağları əritmir, həm də iftardan sonra toxluq hissi verərək sahurda daha az yeməyinizə səbəb olur.

HAZIRLANMASI:

Bunun üçün qabın içinə 1 çay qaşığı darçın, kakao və qəhvə töküb qarşdırın. Ocağın üstünə qoyanda isə qarışdırmayın. Yüngülcə qabarmağa başlayanda ocağın üstündən götürün və fincana süzün. İftardan sonra istədiyiniz zaman içə bilərsiniz.

Bu qarışımda qəhvə maddələr mübadiləsinin fəaliyyətini sürətləndirir, kakao yağları əritməyə başlayır. Darçın isə qan şəkərini nizamlayaraq toxluq hissi verəcək.

Firuzə Alimova / TurpKimi.com