Qarın piylərini əritmək olarmı?


Qarın niyə önə çıxır və bunun qarşısını necə alaq?

qarin-piylerini-eritmek-olarmi
02.08.2022 22:37 2 dəq oxuma

Qarın bölgəsində olan piyləri əritmək istəyi adətən normal görünmək arzusundan irəli gəlsə də, bu, həm də bir sıra xəstəliklərin qarşısını almaq üçün önəmlidir. Ümumiyyətlə, piy hüceyrələrinin böyüməsi iki formada olur, ya hüceyrələr ikiyə bölünməklə artıb çoxalır, ya da şişərək həcmcə böyüyürlər. Bizim ayağımızdakı və qolumuzdakı piylər bölünərək artan hüceyrələrdir. Bu piy hüceyrələri dayaq-hərəkətdə iştirak edir və əzələlərə yardım edirlər, qarın piyləri isə şişərək böyüyən hüceyrələrdən ibarət toxumadır. Bunlar çox təhlükəlidir və orqanizm onları yalnız artıq yük kimi daşımağa məcburdur. Mən hətta deyərdim ki, kürəyində artıq yük daşımaq bu piyləri daşımaqdan daha asandır, çünki qarın bölgəsində toplanan piylər bütün orqanları sıxır və onların normal çalışmasına mane olur.

Qarın niyə önə çıxır və bunun qarşısını necə alaq?

Qarın piyləri qarın əzələləri tonusdan düşəndə önə çıxmağa başlayır. Əgər qarnınızın önə çıxmağını istəmirsinizsə və yaxud artıq çıxıbsa hər gün qarın presi üçün xüsusi hərəkətlər etmək önəmlidir. Əvvəlcə arxası üstə uzanıb divara və ya çarpayıya bağlanmış ipin köməkliyi ilə idman hərəkətini etmək olar. Bunu gündə 3 dəfə, hər dəfə də 20 hərəkət olaraq edin. Mütəmadi hərəkət etdikdə ipə ehtiyac qalmayacaq. Qarın hüceyrələri şişib böyüdüyündən kip korsetdən də istifadə oluna bilər.

100 qram qırmızı acı bibər qəhvəüyüdəndə toz halına salınır, 0.5 litr zeytun yağı ilə qarışdırılır, sonra bu yağ qarına çəkilərək üstündən korset bağlanır, yağı əvvəl az-az çəkmək lazımdır ki, dərini yandırmasın. Korset səhərdən axşama qədər çıxarılmır, axşam yatmazdan əvvəl çıxarılır və dəri yuyulur.

Bütün bunlarla yanaşı aktiv həyat tərzinə keçib, gündə 5 km-dən çox piyada yeyin-yeyin gəzmək lazımdır.

Həftədə 1 dəfə qarnın dairəsi ölçülərək yazılır.

Fitoterapevt-həkim Fizuli Hüseynov / TurpKimi.com