Qarışqa və ağcaqanadlardan xilas olmağın təbii yolları - Öldürməyin, uzaqlaşdırın


Havaların isinməsi ilə küncdə-bucaqda gizlənmiş böcəklər, həşəratlar da qaynaşmağa başlayır. 

qarisqa-ve-agcaqanadlardan-xilas-olmagin-tebii-yollari
23.06.2023 00:15 1 dəq oxuma

TurpKimi.com evinizə dəvətsiz qonaqların gəlməsinin qarşısını almaq üçün bəzi təbii üsullar haqda məlumatları oxucuların nəzərinə çatdırır. 

Həşəratları öldürmədən, kimyəvi maddələrlə təbiətin tarazlığını pozmadan onları evinizdən uzaqlaşdırmağın təbii yolları çoxdur. 

Eyvanda, pəncərənin kənarlarında saxsı qablarda lavanda yetişdirin. Lavandanın qoxusu gələn yerə heç bir böcək yaxın durmur. Lavandanı dəstələyərək bağlayıb pəncərənin kənarlarına asa da bilərsiniz. 

Kəndə, rayona, dağa gedənlər özləri üçün kəklikotu yığıb gətirsinlər. Kəklikotunu evin çöl küncünə asanda qoxusundan həşəratlar da oradan uzaq uçur. Hətta kəklikotunu çöpləri ilə birgə bir dəsmala büküb şkaflara, geyim asdığınız yerlərə də qoya bilərsiniz. 

Limonu iki yerə bölün, mixəkləri limonun içinə basdırın. Hara qoymağnızdan asılı olmayaraq qoxusuna heç bir həşərat sizing olduğunuz tərəfə gəlməz. 

Qapının, mətbəx pencərələrinin kənarına sirkə səpsəniz qarışqa, milçək, digər həşəratlar gəlməz. 
Qarışqaların gəldiyi yerə limon da sürtə bilərsiniz. 

Evinizin müxtəlif bölgələrindən çıxan qarışqalar sizi narahat edirsə, bu üsula da əl ata bilərsiniz. 

1 stəkan ilıq su
1/3 stəkan şəkər tozu
1 yemək qaşığı ağları yumaq üçün yuyucu toz
Pambıq toplar

Bütün ləvazimatları qarışdırın. Kiçik pambıq toplarını bu məhlula  batırın və böcəklərin, qarışqaların gəldiyi yollara qoyun. Probleminizin qısa müddətdə həll edildiyini görəcəksiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

20-04-2021