Evinizdən qarışqalar əskik olmur? Bu üsullar ilə qarışqalardan xilas ola biləcəksiniz.
Qarışqaların evi seçmə səbəbləri
Qarışqalar şirin və zülal baxımından zəngin qidalar axtarışına çıxırlar. Zirzəmidən, mənzillərə və evlərdə yaranan çatdan, yarıqlardan, pəncərə və qapılardan sürətlə evə daxil olurlar. Evdə ətrafa dağılan yemək qalıqları, meyvələr onların ən sevimli qidalarıdır. Böcəklərin yuvalarını tapmaq üçün onların daha sıx istifadə etdiyi qarışqalar olan cığırı izləyə bilərsiz. Qarışqalar qida qaynağı tapdıqlarında həmcinslərini cəzb etmək üçün qoxu yayarlar.
TurpKimi.com qarışqaları mənzildən çıxartmaq üçün 3 ipucu haqda yazacaq.
1. Həşərat öldürən dərmanlar və tələlərdən istifadə edin
Ən təsirli üsul yenə də kimyəvi pestisitlərdir. Çünki tez bir zamanda təsir edərək, həşəratlardan birdəfəyə xilas olmağınıza kömək edir. Bu preparatları birbaşa səthə pükürdürlər. Bir nüans var ki, kimyəvi preparatlar insanlara ciddi şəkildə təsir edir. Tənəffüs sisteminə və ya dəri ilə təmas etdikləri zaman insanlar üçün daha təhlükəli ola bilər. Nəfəs darlığı, gözlərdə sulanma və hətta ürək problemlərinə yol açır.
Digər bir alternativ isə zəhərli yemlərdir. Məsələn, yem qutuları kimi tələlər zəhərli yemlə doldurulur. Bir qarışqa onu yeyərsə, digər bütün heyvanlara yayılır. Çox qısa bir müddət içində bütün qarışqa koloniyası ölür. Belə bir yemi istifadə etməyə qərar verən hər kəs onu ev heyvanları və azyaşlı uşaqların çata bilməyəcəyi bir yerə qoymalıdır.
2. Bir təbaşir xətti çəkin
Qarışqalarla mübarizədə sınanmış və test edilmiş ev dərmanı təbaşir və ya əhəngdir. Ön qapınızın və ya şüşəbəndinizin xaricinə qalın bir təbaşir xətti çəkin. Çünki təbaşir alkalidir - qarışqaların qaçdığı bir maddədir. Təbaşir xəttinin köməyi ilə qısa müddətdə təbii və heyvana zərər verməyən sədd yarada bilərsiniz. Qarışqalar da eviizdən uzaq duracaq.
3. Limondan istifadə edin
Başqa bir həll yolu isə limon qabıqlarını yerləşdirməkdir. Kiçik sürünənlər bu qoxunu heç sevməzlər. Heyvanları evdən qorxutmaq və uzaqlaşdırmaq üçün qabığı kəsib kiçik hissələr şəklində qarışqa izləri olan yerə qoyun və ya yerə sürtün. Alternativ olaraq, bir neçə damcı təzə limon suyu da istifadə edə bilərsiniz. Mağazadan satın alınan limon suyundan istifadə etməyin.Çünki bu cür limon sularına dadlandırıcı və şəkər qatılır, bu da qarışqaları uzaqlaşdırmaq yerinə özünə çəkər.
Mənzildə olan qarışqaların qarşısını necə kəsə bilərik?
Təmizliyə riayət etmək
Xüsusilə mətbəxdə əsas gigiyenaya ciddi fikir verilməlidir. İstifadə edilmiş qab-qacaqları dərhal yuyun, stolların üstünü silin və zibillərinizi çölə çıxardın.
Yeməkləri uyğun şəkildə qablaşdırın və saxlayın
Açıq yeməkləri ortalıqda qoymayın. Meyvələri bağlı qablarda və ya soyuducuda saxlayın. Şəkər, un, makaron və digər ərzaqları hava keçirtməz qablara qoyun. Saxlama qabları xüsusilə uyğundur. Böcəklər yemək tapa bilməzlərsə əlaqələrini itirərlər və başqa yerlərə baxarlar.
Vüsalə Əlövsətqızı, TurpKimi.com