Qarnı içəri çəkmək arıqladırmı?


Mədə vakumu...

qarni-iceri-cekmek-ariqladirmi
27.07.2021 00:58 2 dəq oxuma

İngilis dilində “stomach vacuum” (mədə vakumu) olaraq bilinən idman hərəkəti göbəyinizi içəri çəkərək sizə düz qarına qovuşmağı vəd edir. Bəs həqiqətən də qarnı içəri çəkmək arıqladırmı?

TurpKimi.com bildirir ki, bir çox qarın hərəkətləri səthi qarın əzələlərini işlədir. “Mədə vakumu” idman növü isə ən daxildəki qarın əzələmiz olan transversus abdominisi hədəf alır. Daxili qarın divarı olaraq da bilinən bu əzələ qarın boşluğundakı orqanların qarşısında bir sədd rolunu oynayır və onların çıxmasına mane olur. Daxili əzələ olduğu üçün klassik idman hərəkətlərində elə də işləmir. Köməkçi tənəffüs əzələlərindən biridir və bu səbəbdən də dərin nəfəs alma zamanı işləyir.

“Mədə vakumu” idmanı necə edilir?

Bu idmanı edərkən mümkün qədər çoxlu havanı içinizə çəkməyi və sonra mədəni mümkün qədər çox çəkərkən nəfəsi geri verməyi tələb edir. Mədənizin belinizə yapışdığı görkəmi almısınızsa, hərəkəti düzgün etmisiniz deməkdir. Yeni başlayanlar əllərini masanın üstünə qoyaraq hərəkəti edə bilərlər.

Əlbəttə, heç bir idman hərəkəti tək başına sizi arzuladığınız görünüşə qovuşdura bilməz. Göbək ətrafındakı yağları əritməyin yeganə yolu arıqlamaqdır. Lakin burdakı əzələləri işlədərək daha sağlam qarın divarına sahib ola, dolu mədənin yaratdığı şişkinlik görüntüsünü azalda bilərsiniz.

“Mədə vakumu” idmanını edərkən nələrə diqqət edilməlidir?

- Səhərlər mədəniz boş olarkən etməyə çalışın.

- Birdən-birə çox etsəniz ertəsi gün qarında ağrılar ola bilər. Asta və az-az edərək, hazır olduğunuzu hiss etdiyiniz zaman tempi artıra bilərsiniz.

- Baş dönməsi olarsa, hərəkəti dərhal dayandırın və növbəti seansda daha az müddətə edin.

Firuzə Alimova / TurpKimi.com