Qarpıza az çırtma vurun - Yaxşı qarpız necə seçilməli?


Yay gələndə insanların səbirsizliklə yetişməsini gözlədiyi giləmeyvələrdən biri də qarpızdır. Xüsusən də çimərlik mövsümünün ən sevimli qidası olan qarpızın ən yaxşısını seçib almağı heç də hamı bacarmır.

qarpiza-az-cirtma-vurun
27.06.2021 21:00 2 dəq oxuma

Dünyanın bir çox ölkəsində qarpızı taqqıldadaraq, ona çırtma vuraraq seçmək ənənə halını alıb. Bəs yaxşı qarpızı necə seçməli?
 
TurpKimi.com xəbər verir ki, mütəxəssislər yaxşı qarpızı necə seçməklə bağlı müxtəlif təkliflər veriblər. El arasında qarpıza çırtma vuraraq seçmək üsulunu heç də hamı tam qavraya bilmir.  Belə ki, qarpıza çırtma vurub yoxlayırıq, əgər ondan səs çıxmırsa, deməli, bu qarpızın içi düşüb, onu almaq olmaz. Bundan başqa da seçmək üsulları var:


 
- Qarpızı əlinizə alıb ağırlığını yoxlayın.  Qarpız yüngül olmamalıdır. Qarpız ağırdısa deməli yaxşı seçim etmisiniz. 
 
- Əlinizi qarpıza basın. Qarpız apardığınız təzyiqə müqavimət göstərirsə, yəni əl içinə girmirsə, deməli yaxşıdır.
 
- Qarpızın rənginə baxın. Bir ucu sarı qarpız yeyilməyə hazırdır.  
 
- Əgər qarpızın saplağı yaşıldırsa, deməli, təzədir. Qarpızın zolaqları sarımtıl və qəhvəyi rəngdədirsə, deməli, onun içi yaxşı deyil, yemək təhlükəli ola bilər. 


 
Mütəxəssislər qarpız həvəskarlarına qarpızı kəsən kimi yeməyi məsləhət görürlər.  Belə ki, qarpızı kəsib soyuducuda 3-4 saat saxladıqdan sonra yemək zəhərlənmə üçün zəmin yaradır. Gündüz vaxtı heç bir qorxu olmasa da, axşam yaşlı adamın qarpız yeməsi qan təzyiqinin anidən qalxmasına səbəb olur. Araşdırmalara görə, qarpızdan ən çox yaşlı adamlar və uşaqlar zəhərlənir. Ona görə də, qarpızı kəsəndən sonra da saxlanma şəraitinə fikir vermək lazıımdır. Günün altında qalan kəsilmiş qarpızı istifadə etmək məsləhət görülmür. Qarpız, eləcə də digər meyvə və tərəvəzlər sağlamlığa müsbət təsir etmək üçün kəsilən kimi yeyilməlidir. 
 
Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb:16-06-2019