Qarpıza limon sıxıb yeməyin təsirinə baxın - TƏBİİ VİAQRA


Bu ləzzətdən vaz keçməyəcəksiniz...

qarpiza-limon-sixib-yemeyin-tesirine-baxin
06.07.2022 01:19 1 dəq oxuma

Yayın ən çox sevilən meyvəsi olan qarpıza limon sıxıb yeməyin sağlamlığa faydalarını öyrənməyə hazırsınız? Eşitsəniz bu ləzzətdən vaz keçməyəcəksiniz.

TurpKimi.com bildirir ki, qan təzyiqindən bədənin nəmliyinə kimi isti yay günlərində orqanizmi qoruyan qarpız tərkibindəki su və vitaminlərlə sağlamlığımızın dostu sayılır.

Qarpızın faydaları arasında ən çox diqqət çəkən tərəfi cinsi həyata təsir etməsidir. Viaqra kimi tanınan libido artırıcıdan daha təsirli və təbii olduğu deyilən qarpız cinsi istəklə bağlı problem yaşayan cütlüklərin köməyinə gəlir.

Belə ki, ABŞ-da aparılan son araşdırmalara görə, qarpızda olan “sitrulin” adlı maddə kişilərdə ereksiya pozulmasının qarşısını alır və müalicə edir.

Xüsusilə də bir neçə dilim qarpızın üzərinə limon sıxıb yedikdə antioksidant təsir göstərir. Qan dövranını artıraraq cinsi istəyi aktivləşdirir.

Digər tərəfdən libidonun artması stress, qidalanma və əhval-ruhiyyəyə də müsbət təsir edir.

Firuzə Alimova / TurpKimi.com