Biri ilə romantik əlaqə söz mövzusu olduqda uzlaşmağa və bir-birinizə qarşı diqqət göstərməkdə istəkli olmalısınız.
Bəzən bu çox mübarizə tələb edə bilər, ancaq belə vəziyyətə öyrəşmək lazım deyil.
Ümumiyyətlə, aşiq olduğunuz insanlardan sizdən istifadə etməsinə icazə verirsiz. Əslində həqiqi, əsl əlaqə əvəzinə, olduğu kimi görsənməyi rədd edən birinə əhəmiyyət verərək enerjinizi boşa xərcləyirsiz.
TurpKimi.com psixoloqların görüşlərinə əsasən, qarşı tərəfin sizdən istifadə etdiyini göstərən 12 əlamətə ciddi fikir verməyi və yüz ölçüb bir biçmək haqda məlumatları oxuculara çatdırır.
1-Özünüzü "istifadə edilmiş" kimi hiss etdirər
Qarşı tərəf sizi bu cür hiss etdirməməlidir. Onunla oturub bu haqda danışmalısınız. Əgər danışa bilmirsinizsə, təhlükə zəngi çalınır deməkdir.
2-Partnyorunuz sizi narahat hiss etdirər
Sizi narahat edən biri ilə birlikdə olduğunuzda, hər şeyin atmosferi dəyişər. Partnyorunuzun yanında özünüz kimi davrana bilməzsiniz. Siz həqiqətən bir münasibətdə ehtiyacınız olan şeyin bu olduğunu düşünürsünüz?
3-Partnyorunuz əsla sizin ehtiyaclarınızı düşünməz
Sizin də ehtiyaclarınız qarşılanmalıdır. Partnyorunuz bunu düşünmürsə, əlaqənizdə boşluqlar var deməkdir. Kimsənin sizə yuxarıdan aşağı baxmasına və ya özünüzü əhəmiyyətsiz hiss etdirməsinə icazə verməyin.
4-Əks tərəf yalnız bir şey istədiyi zaman nəzakətli davranar
Əks tərəf yalnız bir şey istədiyi zaman sizə qarşı nəzakətli davranırsa, o zaman istifadə edildiyinizin fərqində olmalısınız. Onlar yalnız istədiklərini əldə etmək üçün belə davranarlar və sonra əvvəlki vəziyyətlərinə geri dönərlər. Bu cür sərt dönüşlərə əsla icazə verilməməlidir.
5- "Xeyr" demənizə icazə verməz
Münasibət qurarkən özünüzü ifadə etməkdən çəkinməyin. İstəmədiyiniz bir vəziyyətlə qarşı-qarşıya qalsanız "xeyr" deməkdən qaçınmayın.
6-Vacib şeyləri əsla xatırlamaz
Partnyorunuz sizinlə və əlaqənizlə əlaqədar əhəmiyyətli şeyləri xatırlamalıdır. Təbii ki, hamı müəyyən vaxtlarda nəyisə unuda bilər, ancaq ad gününüz qədər sadə bir şeyi belə xatırlaya bilməzsə, bəlkə də getmək zamanıdır. Bundan daha yaxşısına layiqsiz.
7-Partnyorunuz yataq otağında eqoistdir
Partnyorunuz sizi yataq otağında məmnun etməyi rədd edirsə, ikiniz arasında ciddi bir boşluq var deməkdir. Yoldaşınız son dərəcə eqoistdir və ikiniz də çox fərqli dünyalardansınız.
8-Onun yoldaşları ilə birgə vaxt keçirə bilməzsiniz
Sizə qarşı çox laqeyddirsə, deməli düz adamı tapmamısız. Partnyorunuz, əlbəttə yoldaşları ilə vaxt keçirməlidir, ancaq sizi görməzdən gəlməməlidir. İkiniz də bir-birinizə zaman ayırmaqda istəkli olmalısınız.
9-Aranızdakı problemləri həll etməyə can atmaz
Siz və partnyorunuz əlaqənizdə ortaya çıxan problemlər haqda danışa bilməzsiniz. Partnyorunuz problemlərin dibinə enməyi rədd edər. Düz ünsiyyət qurmaq yerinə, yalnız özünə qapanar və sizə fikir verməz.
10-Hiçbir şey etməz
Söz verdiyi şeyləri etməz. Bu böyük bir problemdir və düzəlməzsə ondan ayrılmaq lazımdır. Bir adam bir şey edəcəyini söylədiyində, tam olaraq onu etməlidir.
11-Sizə yalan danışar
Partnyorunuzun sizə davamlı olaraq yalan danışması, sizə zərər verəcək. Bu cür şeylərin davam etməsinə icazə vermək, yalnız daha çox dərd çəkmənizə səbəb olar.
12-Partnyorunuz sizinlə danışmaq istəməz
Partnyorunuz əgər sizinlə danışmaq istəmirsə, nəsə yolunda deyil deməkdir. Axı, niyə sizinlə gündəlik olaraq danışmaq istəməyən biri ilə birlikdə olasınız ki?
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yazılıb:03:04:2021