Ağrı yoxdursa, uğur da yoxdur...
“University of Southern California”da açılış zamanı çıxış edən dünya ulduzu Arnold Şvarsnegger qazandığı uğurların sirlərindən danışıb.
Həyatına motivasiya və güc qatmaq istəyən hər kəs həmin sirlərlə tanış ola bilər.
1 – Özünüzə güvənin
Bir çox gənc tövsiyyə və məsləhətləri ətrafında olan insanlardan almağa üstünlük verir. Lakin əsas olan şey nəyisə yaxşıca araşdırmaq və özünüzdən nə olmaq istədiyinizi soruşmaqdır. Digər insanlara nə qədər dəlisov gəlirsə gəlsin, sizi xoşbəxt edən şeyləri etməlisiniz.
Kim nə düşünürsə düşünsün, özünüzə güvənməkdən vaz keçməyin.
2 – Qaydaları pozun
Həyatda olan hər şeylə bağlı qaydalar var. Hüquqi onları deyil, amma bəzi qaydaları pozun. Bütün qaydalara əməl etsəniz, öz bildiyini edə bilən birisi olmarsınız. Sərhəddən kənarda olanları da düşünə bilməlisiniz. Hər kəs tərəfindən sevilmək, düzgün bildiyinizi etməmək və dərd-bəladan bir küncə qaçmaq istəyirsinizsə, o zaman yaşamağın nə mənası var?!
Bəzi qaydalar pozulmaq üçündür.
3 – Uğursuzluqdan qorxmayın
Nə edirsinizsə edin, uğursuzluğun yaşana biləcəyinə hazır olun. Hər zaman uğur qazana bilmərsiniz, odur ki, seçim etməkdən qorxmayın. Uğursuzluq qorxusuyla hərəkətsiz qalar, ya da özünüzü kifayət qədər nəsə etməyə məcbur etmərsiniz. Özünüzə, qabiliyyətinizə güvənin və axıra kimi davam edin.
Düzgün şeylər etsəniz uğur gələcəkdir.
4 – Neqativ insanlara fikir verməyin
Yəqin ki, dəfələrlə eşitmisiniz: “bunu edə bilmərsən, onu edə bilmərsən. Heç vaxt edilməyib..!” Əgər bir insan sizə “bunu daha əvvəl kimsə etməyib” deyirsə, bu fikri sevməlisiniz. Bu sizin bacara biləcək ilk insan olduğunuzu göstərir.
“Edilə bilməz” deyən insanlara qulaq asmayın.
5 – Sonuna qədər çalışın
Kifayət qədər işləmədiyiniz, səy göstərmədiyiniz üçün uğursuzluq əldə etmək istəmərsiniz. Dəyişdirmək, bacarmaq istədiyiniz işin idarəçiliyini əlinizə alın və geridə qalanı dünyaya buraxın. Kifayət qədər çalışmayıb uğursuz olmağı unudun. Muhamməd Əlinin bu sözlərini xatırlayın: “jim edərkən saymaram, saymağa ancaq bədənim ağrıyanda başlayıram, çünki əhəmiyyətli olan onlardır”.
Bu hər şey üçün keçərlidir: ağrı yoxdursa, uğur da yoxdur.
6 – Hər zaman özünüzdən iz qoymağa çalışın
Həyatda hansı yolu seçərsinizsə seçin, hər zaman qarşılığını verməyə çalışın: dostlarınıza, cəmiyyətə, dövlətinizə, ölkənizə... Bu sizə davam etmək üçün daha çox enerji verəcəkdir. Uğura gedən yol ancaq bunlarla gerçək olur.
Firuzə Alimova / TurpKimi.com
03-04-2019