Qaysılı kokteyl hazırlayırıq - Üzünüzdə təbəssüm yaradacaq


Mövsümündə təzə meyvələrlə hazırlayacağınız həm sağlam, həm də sərinləşdirici içkilərdən yan keçmək asan deyil. 

qaysili-kokteyl-hazirlayiriq
03.06.2021 11:35 1 dəq oxuma

TurpKimi.com həzm sistemini rahatlaşdıran,  tox tutan, həm də şəkəri  tarazlaşdıran, sərinlədərkən üzünüzdə təbəssüm yaradan ərik kokteylinin hazırlanma qaydasını təqdim edir:

 Lazım olanlar:

10 ədəd qaysı (ərik)
 1 su stəkanı kefir
 ½ su stəkanı buz
 3 yemək qaşığı yulaf
 2 yemək qaşığı kətan toxumu
 1 yemək qaşığı bal
 1 çay qaşığı darçın
 
Hazırlanma qaydası: 

Ərikləri yuyub qurulayın və ikiyə bölüb tumlarını çıxarıb blenderdən keçirin. Sonra yulaf, kətan toxumu, bal, darçın, buz və kefiri əlavə edin. Əvvəlcə blendri aşağı səviyyədə işlədərək bərk materialların əzilməsini təmin edin. Daha sonra yüksək səviyyəyə gətirin və köpüklənmək üçün daha  1-2 dəqiqə çalın. 

Hazırladığınız kokteyli  soyuq halda servis edin. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb: 06-07-2019