Qazaxıstanda skuter sürənlərdən sürücülük vəsiqəsi tələb olunacaq


Ölkədə elektrikli skuter nəqliyyat vasitəsi sayılacaq...

qazaxistanda-skuter-surenlerden-suruculuk-vesiqesi-teleb-olunacaq
13.05.2023 01:04 1 dəq oxuma

Qazaxıstanda bundan sonra elektrikli skuterlə avtomobil yolunun sağ zolağından istifadə edən şəxslərdən sürücülük vəsiqəsi istəniləcək.

TurpKimi.com HaberGloba-a istinadla xəbər verir ki, Qazaxıstan Assambleyası ölkənin yol hərəkətinin tənzimlənməsi ilə bağlı qanuna bəzi düzəlişləri təsdiqləyib.

Artıq ölkədə elektrikli skuter nəqliyyat vasitəsi sayılacaq. Sözügedən nəqliyyat vasitələri ilə vətəndaşlar səkilərdə və yol kənarlarında saatda 6 kilometr sürətlə hərəkət edə biləcəklər.

Bundan əlavə, elektrikli skuterlə əsas yolun sağ zolağından istifadə etmək də olacaq. Lakin bu hüquq yalnız 18 yaşını tamamlayan və sürücülük vəsiqəsi olanlara veriləcək.

Firuzə Alimova / TurpKimi.com