Qazlı içkilərdə tapılan qatqı maddələr! - Orqanizmi sıradan çıxaran 3 TƏRKİB


Hər gün 1 litr qazlı içki içənlərin sonrakı aqibəti...

qazli-ickilerde-tapilan-qatqi-maddeler
08.06.2022 15:29 3 dəq oxuma

Qazlı içkilərdən həddən çox istifadə böyrək və dişlərə zərər verir, hətta ürək xəstəliklərinə gətirib çıxarır.

Hər şeydən əvvəl onu qeyd edək ki, qazlı içkilər insan sağlamlığına ziyan verən kimyəvi maddələrdən ibarətdir və rəngləri belə təbii deyildir. Bu içkiləri çox içdikdə orqanizmdə bəzi problemlər yaranır.

TurpKimi.com təqdim edəcəyi yazıda qazlı içkilərin orqanlara verdiyi zərərlərdən bəhs edir:

İstər inanın, istər inanmayın, tünd rəngli qazlı içkilərdən çox istifadə sirroza səbəb olur. Mütəxəssislərin bildirdiyinə görə, gündə 600 ml qazlı içki içmək bu xəstəliyə yaxalanma riskini, 1 litr içildikdə isə qara ciyərə yığılan yağın miqdarını 5 qat artırır.

Qazlı içkilər və böyrəklər

Bu içkilərin tərkibində yüksək miqdarda olan fosfor turşusu böyrək daşına səbəb olur. Aparılan araşdırmalara görə, qazlı içkilər içməyən insanlar sidik yolları xəsətəliklərinə daha az yaxalanırlar.

Gündəlik şəkər qəbulu 3 çay qaşığını keçməməlidir. Qazlı içkinin tərkibində 6 çay qaşığı şəkər var, hələ digər qatqı və qoruyucu maddələri bura daxil etmirik.

Qazlı içkilər süni şəkərdən istahsal edilir və şəkər orqanizmə daxil olduqda bu maddəni əmə bilmək üçün orqanizmin B vitamininə ehtiyacı olur. Beləliklə, orqanizmdəki B vitaminini çox xərcləmək məcburiyyətində qalırıq. Bu hal yorğunluğa, halsızlığa və həzm sisteminin pisləşməsinə səbəb olur.

500 milli litr qazlı içkinin gündəlik kalori istehlakının 10 qat olduğunu bilirsinizmi? Həkimlər içilən hər qazlı içkinin piylənməyə yaxalanma riskini artırdığını söyləyir.

Dişlərə mənfi təsiri

Qazlı içkilər dişin mina qatını zədələyir. Dişlərə ziyan verən şey isə qazlı içkilərdə olan şəkər və qida boyasıdır. Bildiyimiz kimi dişlərin parçalanmasına və aşınmasına səbəb turşudur. Qazlı içkilərin tərkibində isə turşuluq yüksək miqdarda olur. Belə ki qazlı içkilərin tərkibində pH səviyyəsi 2,4-dür, turşuluğun bu səviyyəsi dişlərdəki toxumalara zərər verməyə kifayət edir.

Sümüklərə təsiri

Davamlı olaraq qazlı içkilərdən istifadə edirsinizsə, sümükləriniz möhkəmliyini itirəcək. Xüsusilə də uşaqlar bu hallardan daha tez təsirlənirlər, çünki yetişkin insanlarla müqayisədə uşaqlar daha həssasdırlar. Həkimlərin dediklərinə görə, çoxlu miqdarda qazlı içkilər içmək kalsiumun azalmasını, yeniyetmə və uşaqlarda sümüklərin qırılmasını artırır. Süni şəkər və kafeinin çoxlu miqdarda istehlakı kalsiumun azalmasında böyük rol oynayır.

Ürək xəstəlikləri

Araşdırmalar gündə 1 litrdən çox qazlı içki qəbul edən şəxslərin metabolizmayla bağlı xəstəliklərə tutulma riskinin 50 faiz çox olduğunu göstərir. Bu kimi metabolik xəstəliklərin müəyyən vaxtdan sonra ürək xəstəliklərinə və diabetə çevrilmə riski olduqca böyükdür.

Qazlı içkilərdə tapılan maddələr

Bu içkilər bir çox qatqı maddəsindən meydana gəlir. Uşaqlarda allergiya və hiperaktivliyə səbəb olur.

- Karamel rəng: bu cəlbedici ton qəhvə rəngli içkilər üçün istifadə olunur. Bu rəng tonu şəkərin yüksək miqdarda təzyiqə məruz qalmasından sonra nitrat və sülfidlə qarışdırılaraq əldə edilir. Bu maddələri qəbul etmək qanın tərkibinin dəyişməsinə səbəb olur. Hətta bəzi heyvanların üzərində aparılan təcrübələrdə bu maddələr xərçəngə səbəb olur.

- Karmin turşusu - E120: heyvanlar üzərində aparılan təcrübələrdə bu qatqı maddəsinin böyüməyin qarşısını aldığı sübut edilmişdir.

- Tartrazin və ya E102: bu maddəni aspirin kimi analgetik dərmanlarla qarışdırmaq astma, burundan axıntının gəlməsinə və qaşıntı verən bəzi dəri xəstəliklərinə səbəb olur.

Şəkərli və qazlı içkiləri tamamilə qidalanma rasionunuzdan çıxara bilməsəniz, sadəcə içdiyiniz miqdarı azaltmaq sağlamlığınız üçün kifayət edəcək. Bu içkilərin sağlamlığınıza və həyati əhəmiyyətli orqanlarınıza mənfi yöndə təsir etdiyini heç vaxt unutmayın!

Firuzə Alimova / TurpKimi.com

10-08-2020