Bir günə əmələ gələn dadlı pomidor tutması...
Duzlu suda pomidor turşusu yay fəslinin ən dadlı qəlyanaltısıdır. Bəs qazlı suda hazırlanma qaydasını bilirsiniz?
TurpKimi.com qazlı suda pomidor tutması hazırlamağın reseptini təqdim edir:
Bunu etmək üçün kiçik pomidorları götürün, onları budaqlarından ayırıb yaxşıca yuyun. Əvvəlcədən hazırlanmış bir qaba qara istiot, qara qarağatın yarpaqlarını, şüyüd çiçəkləri və sarımsaq qoyun.
Daha sonra, pomidorları bir neçə yerdən diş çöpü ilə deşirik və ya çarpaz kəsiklər edirik. Bir kiloqram yarım pomidor üçün bir litr qazlı su və üç yemək qaşığı duz lazım olacaq. Suyu duzla qarışdırın və pomidorlarla birlikdə bir qazana tökün. Bir sutka saxlanılır. Deyilən müddət bitdikdən sonra duza qoyulmuş pomidorlar hazır sayılır. Nuş olsun!
Firuzə Alimova / TURPKİMİ.COM