Qəbizliyi aradan qaldırır, arıqlamağı asanlaşdırır...


Bu gün qidalanma siyahınıza əlavə edə biləcəyiniz yüksək lifli qidalar

qebizliyi-aradan-qaldirir-ariqlamagi-asanlasdirir
16.05.2025 16:38 2 dəq oxuma

Cəmiyyət olaraq yeməyi çox sevirik. Mədəniyyətimiz və mətbəx vərdişlərimiz saysız-hesabsız yeməklərlə doludur. Həm yemək bişirmək, həm də yemək bizim üçün olduqca önəmlidir. Bütün bunlara baxmayaraq, yemək vərdişlərimiz boşqablarımızı sağlam və balanslı saxlamaqdan xeyli uzaqdır...

Lifli qidaların sağlamlığa təsirlərini öyrəndikdən sonra  bu yüksək lifli qidaları qidalanma siyahınıza əlavə etmək istəyəcəksiniz...

Yediyimiz qidaların liflə zəngin olması, başqa sözlə desək, lifli məhsullar olması sağlamlıq üçün olduqca faydalıdır. Lifli qidalar bağırsaqlarda həzm prosesini həyata keçirdən bakteriyaların çoxalmasını təmin edir və bu da həzm problemi yaşamamaq və qəbizliklə mübarizə aparmamaq üçün vacibdir. Bundan əlavə, lifli qidaların həzminə uzun müddət vaxt sərf olunur. Bunun üçün onları istehlak etdikdə özümüzü uzun müddət daha çox  tox hiss edirik. Bu da arıqlamaq istəyənlər üçün çox əhəmiyyətlidir.

Lifli qidaların sağlamlığa olan faydaları yalnız həzmi asanlaşdırmaq və ya uzunmüddətli toxluq hissi verməklə məhdudlaşmır. Onların həzm prosesinin uzun sürməsi, tərkibindəki karbohidratların qan dövranına daha yavaş qarışmasına səbəb olur. Bu isə qan şəkərindəki qəfil yüksəlmələrin və enişlərin qarşısını alır. Həmçinin, lifli qidalar xolesterin baxımından da çox faydalıdır. Yüksək xolesterin və yüksək təzyiqin balanslaşdırılması üçün hazırlanan pəhriz siyahılarında tez-tez lifli qidalara yer verilir.

Qadınların gündə orta hesabla 25 qram, kişilərin isə 35 qram lif qəbul etməsi sağlam hesab olunur. Yediyimiz bir çox qida qrupunda lifli qidalar mövcuddur.

 TurpKimi.com lif baxımından zəngin bəzi qidaların siyahısın hazırlayıb.

Taxıllar və tam taxıllı məhsullar:

  • 100 qram yulaf: 10 qram lif ehtiva edir.
  • 100 qram bulqur: 8 qram lif ehtiva edir.
  • 100 qram tam buğda çörəyi: 7 qram lif ehtiva edir.
  • 100 qram qəhvəyi düyü: 3.5 qram lif ehtiva edir.
  • 100 qram kəpəkli makaron: 7 qram lif ehtiva edir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com