Qəbizliyin şəfası - Gündə bir dəfə qəbul edin


Ayağımızın altında bitən, yaz gələndə tez-tez rastlaşdığımız dəyərli bitki...

qebizliyin-sefasi
16.05.2022 10:36 2 dəq oxuma

Söhbət bağayarpaq bitkisindən gedir. “Psyllium” olaraq da adlandırılan “plantago ovata” bitkisinin toxumlarından əldə edilən bağayarpaq otunun faydaları bitməklə tükənməz.

Qədim zamanlardan bugünə qədər bədənın sağlamlığını yaxşılaşdırmaq və bəzi xəstəlikləri müalicə etmək məqsədiylə istifadə edilən “psyllium” həzm sistemindən ürək və şəkər xəstəliklərinə qədər bir çox problemlərin həllində faydalı olub.

Orqanizmdəki suyu əmmə xüsusiyyətinə malik olan bağayarpaq otu qəbizlik, ishal, qan təzyiqi və xolesterol kimi sağlamlıq problemlərinə şəfadır.

Arıqlamaq istəyənlər üçün də olduqca faydalı olan bu ot təbiətdə adətən, iri yarpaq, tünd və ya açıq yaşıl rənglərdə olur.

Bağırsaqlarla birlikdə immun sisteminə də əhəmiyyətli dərəcədə təsir edən bu bitki dünyanın hər yerində fərqli üsullarla istifadə edilir.

BAĞAYARPAĞININ FAYDALARI

-Həzm sisteminə faydalıdır;

-Ürəyin sağlamlığını qoruyur;

-Bağırsaqda hərəkətliliyi artırır və nəcisi yumşaldaraq qəbizliyin qarşısını alır;

-Hemoroid və anal çatlar kimi qəbizliyin ağırlaşmalarının qarşısını alır;

-İmmun sistemini və həzmin fəaliyyətini gücləndirən bağırsaqdakı probiotik koloniyaların çoxalmasına kömək edir;

-“Psyllium” kimi həll olunan liflər ürək xəstəliyinin inkişaf riskini azaldır.

-Qan təzyiqini və xolesterini aşağı salır;

-Qidaların həzmini yavaşladaraq qan şəkərini və insulin səviyyəsini tarazlaşdırır;

-Toxluq hissi verərək qida qəbulunu azaldır və beləliklə çəkinizin nəzarətdə olmasına kömək edir.

BAĞAYARPAĞINDAN NECƏ İSTİFADƏ EDİLİR?

Bir xörək qaşığı bağayarpaq otunun toxumunu və ya toxumun tozunu 1 stəkan isti suya töküb qarışdırın. Bir qədər saxladıqdan sonra (təxminən 5-10 dəqiqə) həmin qarışımı acqarına içmək lazımdır.

Digər bir üsul; 1 stəkan qatığı 1 xörək qaşığı üyüdülmüş bağayarpağı otunun toxumu ilə qarışdırın. 2 saat soyuduca saxlayın. Üzərinə istədiyiniz hər hansı meyvəni doğrayıb yeyə bilərsiniz. Hətta qoz-fındıq və 1 çay qaşığı bal da əlavə edib nuşcanlıqla qəbul edə bilərsiniz.

Qeyd edək ki, bu ləzzətli resepti yedikdən sonra üzərindən ən azı 1 stəkan su içilsə, yaxşı olar. Çünki suyun içilməsi qəbizliyin müalicəsində olduqca vacib məqamdır.

Firuzə Alimova / TurpKimi.com