Qəh-qəhə çəkməyin sağlamlığa təsdiq edilmiş - FAYDALARI


Sadalananlar fərziyyə deyil, təsdiq olunub...

qeh-qehe-cekmeyin-saglamliga-tesdiq-edilmis
28.04.2021 01:02 2 dəq oxuma

Bu vaxta kimi qəh-qəhə çəkərək gülməyin ehtiyac halına gələ biləcəyini heç düşünmüşdünüz?

TurpKimi.com bildirir ki, adi hal kimi görünən qəh-qəhənin insan üzərində inanılmaz təsirini öyrəndikdə çox təəccüblənəcəksiniz.

Alimlər bildirir ki, 1 dəqiqə gülmək çox güclü antidepressan təsirə malikdir. O zaman “ətrafda güləcək nə var ki, gülüm?”, - deyə soruşa bilərsiniz. Bunu özünüzə dərd etməyin, çünki geçəkdən gülməyinizə ehtiyac yoxdur. İstər saxta, istərsə də gerçək olsun, hər iki halda qəh-qəhə atmaq beyində ağrıkəsici təsirə malik olan endorfin hormonunu ifraz etdiyi üçün stressi yox edir.

Bundan başqa:

1 – Güclü immun sisteminə malik olmaq, daha az xəstələnmək deməkdir. İmmun sistemini gücləndirmək üçün də hormonların tarazlıqda olması lazımdır. Qəh-qəhə çəkmək, gülmək bədəndəki bu tarazlığı qorumağa kömək edən vasitələrdən biridir.

2 – İdman edərkən və gülərkən ifraz olunan endorfin hormonu ağrıkəsici təsirə malikdir. Bu da özümüzü daha yaxşı hiss etməyimizə səbəb olur. Stressin isə ciddi şəkildə azalmasına səbəb olur.

3 – Bir gün ərzində 15 dəqiqə kürək çəkərək və ya 20 dəqiqə velosiped sürərək itirdiyimiz kalorinin eynisini 100 dəfə gülərək də yandıra bilərik. Gülmək üz, çiyin və qarın əzələlərinə idman effektli təsir edir.

4 – Yaşadığımız kiçik-böyük, bütün hadisələrin öhdəsindən gəlmək, bəzən bizə çətin gələ bilir. Heç bir səbəb olmadığı halda hərdən ağlamaq istəyirik. Hətta bəziləri üçün bu, adi hala çevrilə bilər. Gülmək isə bu vəziyyətdən ən möhtəşəm çıxış yoludur. Ağlayarkən hiss etdiyiniz duyğusal yüngüllüyü, gülərək də hiss edə bilərsiniz.

5 – Gülmək, qəh-qəhə çəkməyin yoluxucu əməl olduğu deyilir. Heç gülməyin sosial faydaları barədə düşündünüz? Şən xarakterli olmağınız sizə müsbət geri dönüş almağa imkan verir. Siz gülərkən ətrafınız da bu enerjidən müsbət yöndə təsirlənəcək. Bununla da daha çox sosiallaşa, yoldaşlıqlar yarada və əlaqələr qura bilərsiniz.

6 – Nikbin insan olmağınız üçün gülmək çox faydalı vasitədir. İmmun sistemini gücləndirərək sizi nikbin bir insana çevirəcək.

Mənbə: Yenikadın.com

Firuzə Alimova / TurpKimi.com