Qəhvənin gündəlik təhlükəsiz dozası açıqlanıb


Kofeinin təsiri aldadıcıdır...

qehvenin-gundelik-tehlukesiz-dozasi-aciqlanib
04.02.2025 21:26 1 dəq oxuma

“Sağlam yetkin bir insan üçün qəhvənin gündəlik təhlükəsiz dozası 400 mq kofeindir”.

TurpKimi.com xəbər verir ki, bunu qastroenteroloq Yevgeni Belousov “RİA Novosti”yə bildirib.  O qeyd edib ki, orqanizmə diqqət etmək lazımdır, çünki kofeinə reaksiya insandan insana dəyişir.

“Bu, hər birinin həcmi 240 ml olan təxminən dörd stəkan dəmlənmiş qəhvəyə bərabərdir”, - həkim izah deyib.

Həkim qeyd edib ki, təxminən dörd stəkan qəhvə əksər sağlam insanlar üçün təhlükəsiz sayılır, lakin hamilə qadınlar və ürək-damar xəstəlikləri olan insanlar gündə bir-iki fincanla kifayətlənməlidirlər:

“Çünki kofeinin təsiri aldadıcıdır: əvvəlcə canlandırır, lakin sonra yorğunluq, narahatlıq və susuzluğa səbəb ola bilər. Buna görə də içdiyiniz qəhvənin miqdarına nəzarət etmək və su içmək vacibdir”.

Firuzə Alimova / TURPKİMİ.COM