Qəhvənizi sarıköklə için - Faydaları


Sarıkökün tərkibindəki kurkumin bədənə termogenik təsir göstərir...

qehvenizi-sarikokle-icin
05.12.2023 00:24 2 dəq oxuma

Qəhvə ağır keçən iş gününün sonunda əhvalınızı yüksəltməyə kömək edir. Bu içkinin necə içilməsi ilə bağlı hər kəsin öz seçimləri var.

TurpKimi.com bildirir ki, səhərlər içəcəyiniz qəhvəyə əlavə edə biləcəyiniz bir neçə ləzzətli ədviyyat var ki, onlar yalnız içkinizin dadını yaxşılaşdırmayacaq, həm də arıqlamağınıza kömək edəcək. Onların arasında ən əsası sarıkökdür.

Bir çox mütəxəssis sizə adi qara qəhvənin ən sağlam seçim olduğunu söyləsə də, arıqlamağa çalışırsınızsa, bəzi ədviyyatlar fantastik faydalar verə bilər. Sarıkök iltihab əleyhinə və maddələr mübadiləsini sürətləndirici xüsusiyyətlərinə görə ən yaxşı seçimlərdən biridir. Mütəxəssis gözəl görünüş əldə etmək üçün bu ədviyyatı niyə fincanınıza əlavə etməli olduğunuzu belə izah edir:

- Sarıkökün tərkibində orqanizmin ümumi sağlamlığında və arıqlamada mühüm rol oynayan inanılmaz miqdarda antioksidanlar var.

- Zərdəçalın antioksidan xüsusiyyətləri insulin rezidentliyini, qan şəkərini, xolesterolu və piylənmə ilə əlaqəli digər metabolik səbəbləri azaltmağa kömək edir.

- Zərdəçalın tərkibində kurkumin adlı əsas birləşmə var ki, bu da bir neçə araşdırmada bel ətrafını, bədən kütlə indeksini və bədən çəkisini azaltmağa kömək edir.

- Tərkibində kurkumin olan ədviyyatlar bədənə termogenik təsir göstərir və daha çox istiliyin əmələ gəlməsinə səbəb olur və bununla da çoxlu kalori yandırır.

Qeyd edək ki, qəhvənizə daha fərqli dad qatmaq istəyirsinizsə, darçın da ən gözəl və faydalı ədviyyatdır. Həm də  maddələr mübadiləsini gücləndirən güclü vasitədir.

Firuzə Alimova / TURPKİMİ.COM