Qəlbin təmizsə, hekayən xoşbəxt sonluqla bitər


Uca həqiqət...

qelbin-temizse-hekayen-xosbext-sonluqla-biter
24.05.2020 02:47 2 dəq oxuma

SEVGİ insanoğluna YARADAN tərəfindən bəxş edilmiş bənzərsiz hissdir.

“Qəm çəkməm, qanımı töksə də kəskin qılıncın sənin,

Qorxum ondandır ki, qana bulanar ətəyin sənin”.

                                                                                   (M.Füzuli)

Sevgi. Kiməsə görə var, kiməsə görə yoxdur… Kiməsə görə şirin, kiməsə görə acı… Kimin üçün isə qoruyur, kimin üçün isə dağıdır…Kimin üçün isə saf, kimin üçün isə qarışıq…

“Qəlb ruha demiş ki: Mən sevərəm, aşiq olaram, amma ağrısını nədənsə hər zaman sən çəkərsən. Ruh da cavab vermiş: Sən yetər ki, sev!” – Şəmsi Təbrizi

Min cürə növü var sevginin insanlar üçün... Çünki hər kəsin sevgini yaşamaq, anlamaq və qəbul etmək şəkli fərqlidir.

Çağımızda dilə oturuşmuş mənası isə mənə görə çox üzücüdü: “Sevgi yalandır!”

Halbuki sevgi bənzərsiz sınaqlardan keçən bir həqiqətdir, uca həqiqət…

“Sevgi həqiqətən varmı?” deyə sual verməyimizin yeganə səbəbi onu heç bir şəkildə anlaya bilməməyimizdir. Özümüzə görə şərh etməyimiz, istədiyimiz kimi olmağa məcbur etməyimiz və qəlbimizdən uzaq bir yerdə, yəni zehin və məntiqdə dəyərləndirməyə çalışmağımızdır.

Eşq sevginin uca mövqeyidir…

İki bədən arasında yaşanan deyil, iki könül arasında bağ qurandır eşq…

Yaradanın insan taleyinə bəxş etdiyi müqəddəs sınaqlardan biridir.

Bu səbəbdən eşq insan bədəninə, bir qadının gözəlliyinə, bir kişinin gücünə məğlub olmayacaq qədər dərin və  anlamlıdır. Dünyəvi ehtiyaclarla, tutqu və ehtiraslarla tərif etdiyimiz hiss sevgi deyildir.

Sevgi, yaradılanı sevməkdir, yaradandan ötrü…

Sevgi insanoğluna Yaradan tərəfindən bəxş edilmiş bənzərsiz bir hissdir. Heç tükənməyən, heç tükənməyəcək olan bəsləyici, qüvvətləndirici və ürəkdən bir hiss…

Odur ki, sevginin varlığını qəbul etmədiyimizdə eşqi dada bilmir, həm dünyəvi, həm də əzab verən sevginin sınağından keçə bilmirik.

Mənbə: Hakan Mengüc “Kalbin temizse hikayen mutlu biter” kitabından…

Firuzə Alimova / TurpKimi.com