Şəhər, tualetləri ilə özünü gündəmdə saxlayır.
Hər bir ölkənin mədəniyyəti adi görünən, amma çox vacib sayılan, hətta söylədiyimiz zaman üzümüzün gülümsədiyi tualetdən başlayır desək yanılmarıq. Bununla o, hər bir vətəndaşın təbii ehtiyacını ödəmək üçün tualetləri düşünəcək qədər diqqət və zəngin daxili mədəniyyətə malik olduğunu göstərmiş olur. Çünki mədəniyyət birinci təmizlikdən başlayır.
TurpKimi.com bildirir ki, Çinin Chongqing şəhərində sosial məkanlarda quraşdırılan ümumi tualetlər memarlıq üslubları ilə yanaşı göstərdiyi xidmətlərlə də qeyi-adi özəlliyə sahibdir.
Foroaparatdan tutmuş müsiqi aləti və cizgi film qəhrəmanına kimi bir çox maraqlı üslublarda tualetlər tikdirən Chongqing rəhbərliyi şəhərinin adını bu yolla dünya gündəminə gətirir.
Lakin şəhərdəki tualetlər təkcə xarici görünüşləri ilə deyil, istifadəçilərə təqdim edilən xidmətlərlə də diqqət çəkir. Hətta günəş enerjisi ilə elektrik istehsal edən tualetlərdə istifadəçilərin telefonlarının enerji yığması üçün kabinələr yerləşdirilib. Əksəriyyətində pulsuz internet xidməti göstərilir.
Yazılıb: 25.05.2019
Firuzə Alimova / TurpKimi.com