Qıçlarınızın arasına yastıq qoyaraq yatmağın faydaları


Hər kəsin ən sevdiyi yatış forması var. Əgər siz də qıçınız arasına yastıq qoymağı sevənlərdənsinizsə doğru yerdəsiniz! 

qiclarinizin-arasina-yastiq-qoyaraq-yatmagin-faydalari
15.04.2022 17:34 2 dəq oxuma

Yuxu insanın vacib ehtiyaclarından biridir. Hətta həyatımızda o qədər önəmli rol oynayır ki,  yuxumuzun keyfiyyətinə o qədər də önəm vermirik. 

Yatış formamız fiziki sağlamlığımıza təsir edir. Mütəxəssislər  yatarkən qıçın arasına yastıq qoymağın sağlamlıq üçün faydalı olduğunu araşdırıblar. 

TurpKimi.com bu mövqedə yatmağın sağlamlıq üçün faydalarından yazacaq. 

Onurğa sağlamlığına yaxşı təsir edir

Onurğanın qeydinə qalmaq baxımından bu mövqe çox xeyirlidir. Bədəni necə yönəltməyiniz çox əhəmiyyətlidir. 

Araşdırmalara görə,  asimmetrik  yatmaq forması  onurğa sağlamlığına zərər verir.  Bu səbəbdən  qıçlarınızın arasına bir yastıq yerləşdirərək simmetrik bir mövqedə yata bilərsiniz.

Bel ağrılarınız azalar

İnsanların çoxu həyatları boyu keçmək bilməyən kürək və bel ağrılarından şikayət edirlər.  Halbuki qıç arasına yastıq yerləşdirmək çanaq və ombaları nizamlayaraq təzyiqi azaldır. Bunun sayəsində ağırlığın paylanması nizamlanır və  bel ağrılarının azalmasına səbəb olur.

Hamilə qadınlar bu mövqedə rahat yata bilər

Hamilə qadınların sağ,  ya da sol tərəfi üstə  yatmaq  seçimi var.  Bu da ən rahat üsuldur. Onurğanı neytral bir mövqedə tutmaq üçün yastıqlardan dəstək almaq olar. Beləliklə, hamiləlik dövründə belə keyfiyyətli və dərin  yuxunun dadını çıxarda bilərsiniz.


Yastığınızı doğru yerləşdirmək

Yastığınızı doğru səmtə yerləşdirmək çox əhəmiyyətlidir. İlk olaraq döl mövqesində yatın. Yatarkən belinizlə yataq arasında boşluğun qalmamasına diqqət edin. Ombalarınızı eyni xətdə tutmaq üçün yastığı qarşınızda uyğun formada  yerləşdirin. Üst diziniz qabağa gələcək formada yatmağı sevirsinizsə,  iki yastıqdan istifadə edə bilərsinz. 

Alternativlər də var

Kürək üstü yatmağı seçənlərdənsinizsə, yatarkən onurğanızı dəstəkləmək üçün bir yastıq, ya da döşəkdən istifadə edə bilərsiniz. Bu eyni zamanda kürək ağrılarınızı azaltmağa da kömək edəcək.

Vüsalə Əlövsətqızı, TurpKimi.com