Göstəriciləri və ilk olaraq nə edilməlidir?
Vaxtı keçmiş və ya xarab olmuş qidaların qəbulu qida zəhərlənməsinə yol açır. Zəhərlənmənin ilkin göstəriciləri mədə ağrısı, ishal və qusma olsa da, bəzi insanlarda fərqli nəticələr bilər. Lakin lap ağır hallarda mütləq həkim müraciət etmək lazımdır.
TurpKimi.com bildirir ki, qida zəhərlənməsinin təbii yolla müalicəsi bir çox insanların maraqlandığı mövzulardandır. Belə ki, yuxarıda sadaladığımız göstərcilər sizdə də varsa, o zaman mütəxəssislər mədənin istirahət etməsini məsləhət görür. Adlarını qeyd edəcəyimiz qidalardan isə bir neçə saat tamamilə uzaq durmaq lazımdır;
- Əvvəla bol su için
- Su orqanizmin zəhərlənməsinə səbəb olan bakteriya və ya mikroorqanizmlərlə mübarizə aparır.
- Qusma və ishal dehidrasiyaya səbəb ola bilər. Ona görə də buzlu su parçalarını əmmək və ya qurtum-qurtum içmək lazımdır.
- Elektrolik tərkibli “Sprite", "7UP" və ya zəncəfilli qazlı içkilərdən uzaq durmaq lazımdır.
- Kafeinsiz çay
- Toyuq və ya tərəvəz suyu
- Yüngül yemək yeyin
- Yeməklərin mədənizdə qala biləcəyindən əmin olduqdan sonra çox yüngül, az yağlı, az lifli yeməklər yeyin. Xüsusilə də insan xəstə olanda mədənin həzm sistemi ağır işləyir.
Mədənin həssas olduğu qidalar:
Qida zəhərlənməsi zamanı orqanizmin zəhərli bakteriyalardan qurtulması vacibdir. Mədəni həmin zərərli təsirlərdən təmizləmək üçün zəncəfilli çay için. Zəncəfil mədənin sakitləşməsinə kömək edir.
Özünüzü yaxşı hiss etsəniz belə bağırsaq floranızı bərpa etmək üçün 2 həftə ərzində təbii qatıq yeyin. Bu zəhərlənmə zamanı itirilən sağlam bakteriyaların yenilənməsinə, həzm və immun sistemin fəaliyyətinin sağlam bərpa edilməsinə kömək edəcəkdir.
Zəhərlənmə zamanı vacib olan şey orqanizmin ishal nəticəsində itirdiyi su və mineralların bərpa edilməsidir. Bunun üçün mütləq davamlı bol su içilməli, qatı qidalardan, kofeinli içkilərdən və süd məhsullarından, ədviyyatlı yeməklərdən, qızartmalardan, yağlı və şirin şeylərdən uzaq durulmalıdır. Ümumiyyətlə, ishal zamanı süddən uzaq durmaq lazımdır.
HANSI HALLARDA HƏKİMƏ GEDİLMƏLİDİR?
Nəcisiniz bənövşəyi rəngdədir və ya qan görürsünüzsə...
Qan qusanda...
Nəfəs almaqda çətinlik varsa...
Şiddətli qarın və mədə ağrıları varsa...
Bədəninizi hərəkət etdirməkdə probleminiz varsa...
Çətin udqunursunuzsa...
Özünüzü ürəyiniz yerindən çıxırmış kimi hiss edirsinizsə...
Göbələk və ya qabıqlı dəniz məhsulları yeməkdən qida zəhərlənməniz varsa...
Firuzə Alimova / TurpKimi.com
Dərc olunub: 29-04-2021