Qidaların saxta və ya əsl olduğunu necə bilmək olar? - Sadə məsləhətlər


Saxta qidaların bol çeşiddə olduğu dövrdə keyfiyyətli qidanı tapıb almaq üçün alıcılar kifayət qədər informasiyaya malik olmalıdırlar.

qidalarin-saxta-ve-ya-esl-oldugunu-nece-bilmek-olar
09.09.2019 21:21 1 dəq oxuma

İstehlak etdiyimiz qidaların keyfiyyəti haqqında nə qədər məlumatlıyıq?

Yaşamaq üçün yemək məcburiyyətindəyik və yediyimiz yeməklərin də təzə olması çox əhəmiyyətlidir. Yaxşı bunu necə anlamaq olar?

TurpKimi.com əsas qidaların təzə olub-olmadığını bilmək üçün bir neçə ipucu təqdim edir:

Toyuq

Üzərində pərdə yaranıbsa, o toyuqdan uzaq durun. Sağlam toyuq istehlak etmək üçün görünüşünün hamar olduğundan əmin olun.

Pendir

Pendirin saxta  olub-olmadığını anlamaq üçün üzərinə bir damla yod damladın. Əgər pendirin üzərində mavi-bənövşəyi rəng tonu  yaranarsa o pendir saxtadır. 

Bal

Balın əsl bal olub-olmadığını da süzülərkən qırılmamasından anlaya bilərsiz. Balı taxta qaşıqla götürəndə süzülərkən qopmamalıdır, ardıcıl olaraq tökülməlidir.  

Balıq

Təzə balığı seçmək əslində bildiyiniz qədər çətin deyil. Əgər balığın canlı görünüşü varsa, qanlı-qanlı görünmürsə, o balıq təzədir.

Qırmızı ət


Qırmızı ətin təzə olduğunu çəhrayı görünüşündən anlaya bilərsiniz.

Qaymaq

Qaymağın gerçək olduğunu anlamaq üçün isti su testini edin.  Bir stəkan isti suyun içinə bir qaşıq qaymaq tökün. Sıxlaşırsa qaymaq əsldir,  amma pul-pul dağılırsa saxtadır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com