Qırılan diş dil xərçənginə səbəb oldu - FOTOLAR


Ağız və dişin sağlamlığa təsiri...

qirilan-dis-dil-xercengine-sebeb-oldu
21.06.2019 17:05 1 dəq oxuma

Türkiyənin Dənizli şəhərində yaşayan 75 yaşlı Halime Elçinin qırılan dişi dilində xərçəngə səbəb olub.

TurpKimi.com türk mediasına istinadən bildirir ki, bir ildir dilinin kənarlarında yanma hiss edən və sağalmayan yaraların olduğunu görən qadın xəstəxanaya gedib. Xəstəxanada aparılan müayinədə məlum olub ki, daha əvvəl çəkilən dişlərin yerinə protez dişlər qoyulmadığı üçün dildə yaranan yaralar dil xərçənginə səbəb olub. Vaxtında həkimə müraciət etdiyi üçün 6 saatlıq uğurlu əməliyyatdan sonra qadının həyatını xilas etmək mümkün olub.

Türkiyəli mütəxəssislər bildirir ki, ağız, dildə çıxan aft və yaralar 1 həftə və ya 10 gün ərzində keçib getmərsə, dərhal həkimə müraciət edilməlidir. Ölümcül olan dil xərçənginin müalicəsində dildəki şişin böyüklüyü və dərinliyi çox vacibdir. Xərçəngin eyni zamanda boyun bölgəsinə yayılma riski yüksək olduğu üçün, boyundakı limfa vəzlərinin də əməliyyatla təmizlənməsi lazımdır.

Həkimlər ağız və diş sağlamlığının vacibliyinə diqqət çəkir. Belə ki, yaş artdıqca insan ağzında dişlərin xarab olması və düşməsi sürətlə çoxalır. Dişlər davamlı olaraq fırçalanmalı, çıxarılan dişlərin yerinə isə implant və ya protez qoyulmalıdır. Bu zaman ağzın qəlibi və ölçüsü düzgün götürülməlidir. Əks halda əskik və qırıq dişlər, ağza tam oturmayan protezlər davamlı olaraq dili, yanağı və diş ətini sürətərək ağız və dil xərçənginə yol açır.

Mənbə: İHA

Firuzə Alimova / TurpKimi.com