Qadınların istifadə etdiyi kosmetika məhsulları içərisində ən tez qırılanı ten və pudra, yəni kirşandır.
Zərif olduqlarından adi bir zərbə onların qırılıb tökülməsinə səbəb olur. Sizə isə verdiyiniz pula heyifsilənmək qalır.
Adətən qadınlar pudra və ya ten qırıldıqdan sonra zibilə atırlar.TurpKimi.com qırılan, dağılan pudra və teni əvvəlki halına gətirmək üçün bəzi ipucları təqdim edir:
- Qırılmış və toz halına düşmüş makyaj vasitəsini diş çöpü və ya kibrit çöpü vasitəsilə yaxşıca əzin, toz halına gətirin.
- Qabının içinə bir neçə damla odekolon tökün və yaxşıca qarışdırın ki, canına çəksin.
- Qarışdırıb krem halına gətirin.Bircinsli kütlə alınsın.
- Öz qəlibinə qoyub üstünü sığallayın.
- Daha sonra donmağı, yəni əvvəlki vəziyyətinə gəlməyi üçün 1-2 gün gözləyin.
Bundan sonra qırılan makyaj ləvazimatlarını zibilə atmağa ehtiyac qalmayacaq.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yazılıb: 06-03-2020