Qırx milyon izləyicisi olan koronavirus saytının qurucusu 17 yaşlı lisey şagirdi çıxdı


Saytın qurulmasında məqsəd dezinformasiyaların qarşısını almaqdır. 

qirx-milyon-izleyicisi-olan-koronavirus-saytinin-qurucusu-17-yasli-lisey-sagirdi-cixdi
26.03.2020 19:40 1 dəq oxuma

Çindən bütün dünyaya yayılan və minlərlə insanın ölümünə səbəb olan koronavirus epidemiyası ilə bağlı bir çox onlayn platformalar qurulub.

Moderator.az xəbər verir ki, bunlardan ən populyarı isə “nCoV2019live” saytı olub və qırx milyon izləyici toplaya bilib. Araşdırmalar nəticəsində məlum olub ki, saytın qurucusu 17 yaşlı amerikalı lisey şagirdidir. 

ABŞ-da yaşayan Avi Şiffman 17 yaşlı orta məktəb şagirdidir. Çox qısa müddətə məşhurlaşan saytın bir gənc tərəfindən qurulması isə hamını təəccübləndirib. O, bildirib ki, saytın qurulmasında məqsədi koronavirusla bağlı dezinformasiyaların qarşısını almaqdır. 

TurpKimi.com