Qış depressiyası ən çox qadınlarda müşahidə edilir.
Mövsümi depressiya, fəsil dəyişkənliyinin də təsir etdiyi psixoloji bir haldır. İnsanlar, ümumiyyətlə bu vəziyyəti qışda yaşayarlar.
TurpKimi.com xəbər verir ki, qış depressiyasının əsl səbəbi bilinmir. Qış depressiyasına səbəb olan faktorlar insana görə dəyişə bilər. Daha uzun qış gecələri yaşayan və günəş işığından daha az faydalanan insanlar qış depressiyasından daha çox əziyyət çəkir.Günəş işığı qış depressiyasına birbaşa təsir edir. Günəş işığının vücuda daxil olmaması və ya az olması hormonlara, yuxuya və insanın ruhi vəziyyətinə pis təsir edir.
Ailəsində psixoloji problem olanlar isə qış depressiyasından daha çox əziyyət çəkirlər.
Qış depressiyasının əlamətləri
Qış depressiyası insanlara fərqli şəkillərdə təsir edir, ən çox oktyabr və ya noyabr aylarında başlayır və mart və ya aprel aylarında sona çatır. Ancaq bu müddətdən əvvəl və ya sonra da müşahidə edilə bilər.
Qış depressyasının əlamətləri:
- Gündüz yorğunluğu
- Konsentrasiya çətinliyi
- Ümidsizliyə qapılma
- Əsəbi gərginliyin artması
- İctimai fəaliyyətlərə marağın azalması
- Cinsi əlaqəyə marağın azalması
- Özünü bədbəxt hiss etmək
- Kökəlmək
Vaxtında tədbir görülməzsə, qış depressiyasına düşən insanlar intihar düşüncələrinə qapıla bilər.
Qış depressiyasının müalicəsi
Qış depressiyasından psixoloq, psixiatr və dərman müalicəsi ilə çıxmaq olar. Qış mövsümündə alternativ bir müalicə də işıq müalicəsidir. Bu, təbii işığı tuta bilmək üçün hər gün ən az 30 dəqiqə xüsusi işıq alınması ilə tətbiq olunar. İşıq müalicəsi yalnız həkim nəzarəti altında və təsdiqlənmiş cihazlar ilə tətbiq olunmalıdır. Solarium kimi digər işıq qaynaqları istifadə üçün etibarlı deyil.
Sağlam həyat tərzi vərdişləri də qış depressiyasının əlamətlərini məhv edə bilər.
- Yağsız zülal, meyvə və tərəvəzlərlə sağlam bəslənmə
- İdmanla məşğul olmaq
- Nizamlı yuxu
Bəzi insanlar antidepressantlar kimi dərmanlar qəbul edir. Ancaq hər dərman xəstəyə müsbət təsir etmir. Mütləq həkimdən məsləhət almaqda fayda var.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 14-12-2021