Soyuq qış günlərində ilk ağla gələn qidalardan biri olan şabalıd qovrulmuş, qaynadılmış və şirni şəklində istehlak edilə bilər. Plovlara, yeməklərə də xüsusi ləzzət verir.
Kalorisi aşağı olan şabalıd yüksək miqdarda lif, zülal və karbohidratla zəngindir. Eyni zamanda zəngin kalium, maqnezium, dəmir və fosfor mənbəyidir.
Vitamin və mineral anbarı
Şabalıd qoz, badam və fındığın əksinə daha az yağ, yüksək nisbətdə nişasta və C vitamini ehtiva edir. Yüngül şirin dada malikdir və nişasta nisbəti yüksək olduğu üçün un kimi də istifadə edilə bilər. Şabalıd unu qlüten ehtiva etməz, çörək və xəmir məmulatlarında istifadə edilə bilər. Şabalıd C, E və B vitaminləri (B1, B2, B3, B6 və B9) ilə zəngindir. Tərkibində fosfor, maqnezium, kükürd və kalsium kimi digər minerallar da var. Həzm sisteminin yaxşı işləməsi üçün lazım olan lif qaynağıdır. Liflər qidaların yavaş-yavaş həzm edilməsinə səbəb olur və şəkər və xolesterol səviyyələrini tənzimləməyə kömək edir. 3 ədəd orta ölçülü bişmiş şabalıd 1 incə dilim çörəyə bərabərdir.
Tox tutur və qəbizliyin qarşısını alır
Şabalıdda olan C vitamininin xolesterol salıcı təsiri vardır. Şabalıdın tərkibində olan Omeqa-3 və Omeqa-6 yağ turşuları xolesterol səviyyəsinə yaxşı təsir edər. Şabalıdın yüksək antioksidant potensialı var və bədəndəki iltihablanmanın qarşısını alır. Antioksidant xüsusiyyətləri ilə ürək xəstəliklərinə və xərçəngə qarşı da qoruyucu təsiri var. Şabalıd lif və karbohidratla zəngin olduğu üçün doyurucu bir qidadır və uzun müddət tox saxlayır. Bağırsaq florasını dəstəkləyir, qəbizliyi önləyir. Liflə zəngin olduğu üçün bağırsaqlarda yavaş əmilir və qan şəkərinin tez yüksəlməsinə səbəb olmur. Bu xüsusiyyətinə görə şəkər xəstələri də az miqdarda bu qidadanı istehlak edə bilərlər.
Sinirləri gücləndirir və xoşbəxtlik verir
Şabalıd kalsium, fosfor və maqnezium tərkibi ilə sümük və diş sağlamlığında mühüm yer tutur. Şabalıddakı fosfor və B vitaminləri sinir sistemi üçün faydalıdır. B vitamini sinirləri gücləndirər və beyindəki xoşbəxtlik hormonu olan serotonin istehsalını dəstəkləyər. Sinir sistemi bədənin bir çox hissəsinə nəzarət edir. Şabalıd orqanizmi bol miqdarda antioksidantla təmin edir, bu da sinir sistemi üçün faydalıdır və zehni sağlamlığın inkişafında da mühüm rol oynayır. Şabalıd zəngin amin turşusu qaynağıdır. Ona görə də veqan qidalanan yaşlılar və idmançılar da şabalıd istehlak edə bilərlər. İstər bütün, istər un şəklində olsun şabalıd çölyak xəstəliyi və ya qlüten intoleransı olan şəxslər üçün də yaxşı qidadır.
Şəkər xəstələri də müəyyən miqdarda istehlak etməlidirlər
Xüsusilə şəkər xəstələri nişasta və şəkərə diqqət etməlidirlər. Şabalıdda yüksək miqdarda karbohidrat olduğundan şəkər xəstəliyi, kolit və ya piylənmədən əziyyət çəkənlər müəyyən miqdarda istehlak etməlidirlər. Şabalıdda çiy istehlak edildiyində həzm problemlərinə səbəb ola biləcək bəzi aktiv maddələr var. Həzmsizlik və ya qastrit kimi bağırsaq problemlərinə səbəb ola bilər. Şabalıdın bişirilərək yeyilməsi məsləhətdir.
TurpKimi.com şabalıdı sevənlər üçün dadlı və faydalı resepti təqdim edir:
Şabalıdlı qış salatı
Ərzaqlar (4 nəfərlik)
- 400 qr çiy şabalıd və ya 300 qr bişmiş şabalıd
- 200 qr təzə göbələk
- 200 qr balqabaq
- 1 ədəd razyana (şüyüt və ya boyana)
- 150 qr ispanaq və ya su tərəsi
- 400 qr qaynadılmış və doğranmış toyuq döş əti
- 1 çay qaşığı duz
Salat sousu:
- 4 yemək qaşığı zeytun yağı
- 3 yemək qaşığı alma sirkəsi
- 2 yemək qaşığı su
- 1 çay qaşığı bal
Hazırlanması:
- Şabalıdları təmizləyib duzlu suda bişirin.
- Möhkəm və parçalanmadan çıxarın.
- Şabalıdları soyun və ayırın.
- Tərəvəzləri və göbələkləri yuyun.
- Razyananı 8 hissəyə bölün, balqabağı xırda kubik şəklində doğrayın və göbələkləri dördə bölün.
- Salat sousunun bütün ərzaqlarını mikserdə qarışdıraraq sousu hazırlayın.
- Şabalıdları, tərəvəzləri və toyuğu bir soba nimçəsinə qoyun, sousun yarısını və ərzaqları üzərinə əlavə edin və 140ºC-də, 20-30 dəqiqə sobada bişirin.
- Qalan salat sousunu yarım saat sonra və ya lazımlı deyilsə bişdikdən sonra əlavə edin.
- İsti şəkildə servis edin. Nuş olsun!
Vüsalə Əlövsətqızı, TurpKimi.com
21-01-2022