Qış geri qayıdır - Yaza həsrətik - Hava proqnozu


Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ

qis-geri-qayidir
22.04.2019 13:12 1 dəq oxuma

Aprelin 23-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, gündüz hava dəyişkən buludlu olacaq. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə Abşeron yarımadasında 5-7, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 23-də fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz hava əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

TurpKimi.com