Mütəxəssislər qış üçün ayaqqabı alarkən diqqət yetirilməli detallar haqqında məlumat verib.
Turpkimi.com xəbər verir ki, qış ayaqqabıları alarkən ilk növbədə keyfiyyətli olmağına fikir verin. Bundan əlavə aşağıdakı detalları da nəzərdən qaçırmamaq lazımdır:
1- Ayaqqabını iki ayağınıza da geyin. Ayaqqabının üst qisiminin dəri olmasına xüsusilə diqqət yetirin.
2- Uzaq Şərq məhsullarına diqqət edin: Ayaqqabı alarkən mütləq etibarlı firmaları seçin. Uzaq Şərq məhsullarından qaçın, xüsusilə də Çin mallarından. "Ucuzdur" deyə alınan ayaqqabı sağlamlığınızdan qiymətli deyil. Bütün bədənin sinirləri ayaqdan keçir və sağlamlıq üçün ayaqqabılar önəmlidir. Keyfiyyətsiz ayaqqabılar ciddi sağlamlıq problemlərinə yol aça bilər.
3- Dabankeşdən (rajok-Red.) istifadə edin: Xüsusilə bot ayaqqabılarda dabankeşdən istifadə etməlisiniz. İstifadə etmədikdə deformasiyaya uğrayacaq, şəklini itirəcək.
4- İslanan ayaqqabılarınızı qızdırıcı altında qurutmayın: İslanan ayaqqabılar soba kənarlarında, ya da qızdırıcı altlarında qurudulduğunda formaları pozulur. Ən yaxşısı içinə qəlib, ya da kağız qoyaraq öz-özünə qurumasını gözləyin.
5- Ayaqqabının iç astarına diqqət edin: İç astarları sintetik materialdan hazırlanan ayaqqabıları seçməyin. Ayaqqabı satıcılarının satmaq üçün söylədiklərinə çox da qulaq asmayın.
Vüsalə Əlövsətqızı, TurpKimi.com