Qışa uyğun şorba resepti - Qarabağ mətbəxi - Cəbrayıl təamı


Qarabağ mətbəxi Azərbaycanın ənənəvi milli mətbəx mədəniyyətinin tərkib hissəsidir. Tarixən başqa regionların mətbəxləri ilə qarşılıqlı təmasda zənginləşən Qarabağ mətbəxi eyni zamanda həmin regionları da zənginləşdirmişdir. 

qisa-uygun-sorba-resepti
12.01.2023 17:19 2 dəq oxuma

TurpKimi.com bu dəfə Cəbrayıl mətbəxinin dadlı təamlarından olan şorbaların hazırlanma qaydasını təqdim edir. 

Cəbrayılın ətli lobya şorbası – 4 nəfərlik

Tərkibi:
Ərzaq

Qoyun əti – 600 qr.
Lobya – 480 qr. 
Əridilmiş kərə yağı – 120 qr.
Soğan – 300 qr.
Duz, istiot

Hazırlanması:

Qoyun əti tikələrlə doğranıb qazana qoyulur və üstünə su tökülüb bişirilir.

Lobya yuyulub isladılır və ətə əlavə olunur. Baş soğan nazik-nazik doğranır
və yağda qızardılıb şorbaya qatılır. Sonra şorbaya duz və istiot vurularaq
bişirilir.

Ətli şorbanın hazırlanma qaydası müxtəlifdir. Ağdamda ətli şorbanın
tərkibinə Cəbrayıldan fərqli oaraq kartof, düyü və ya əriştə, alça, gavalı, zoğal
qurusu, göyərti əlavə olunur. Cəbrayılda isə ətli şorbaya lobya əlavə olunur.

Düyü və noxud şorbası

Tərkibi:

Qoyun əti – 250 qr.
Düyü – 25 qr.
Ərinmiş yağ – 20 qr.
Soğan – 100 qr.
Noxud – 25 qr.
Təzə alça – 80 qr.
Alça qurusu – 100 qr.
Keşniş və şüyüd – 1 dəstə
Quru nanə – 20 qr.
Duz – 20 qr.

Hazırlanması:

Xörəyin hər payı üçün 2-3 tikə qoyun əti qazana qoyulub üstünə soyuq su tökülür və ən azı bir saat bişirilir. Alınmış bulyon süzgəcdən süzülür. Arıtlanmış noxud qabaqca 3-4 saat soyuq suda isladılıb yarımhazır vəziyyətə çatınca bişirilir. Həmin noxud və yuyulmuş düyü qaynar bulyona tökülür. Sonra yağda qızardılmış soğan, suda bişirilmiş ət və duz qatılıb bişirilir. Xörəyin hazır olmasına bir az qalmış alça və yaxud alça qurusu əlavə edilir. Xörək süfrəyə veriləndə üstünə keşniş və şüyüd səpilir. 

Mənbə: T.Əmiraslanov və A.Əmiraslanovanın “QARABAĞ MƏTBƏXİ” kitabı

Vüsalə Əlövsətqızı, TurpKimi.com

17-11-2020

Bunu da oxu: 

"Şeşrəngi" necə hazırlanır? - Qarabağ mətbəxi-Laçın təamı